Cümə axşamı, 23.02.2012, 07:50
Saytımıza xoş gəlmişsiniz!
«Kür» Olimpiya İdman Mərkəzi
Hələ keçmiş Sovet
İttifaqı dövründə uzun axtarış və tədqiqatlardan sonra SSRİ yığmasının
təlim-məşq bazası məhz Mingəçevir şəhərində Kür çayının sahilində
salınmışdı. Bura bütün göstəriciləri və iqlim şəraiti ilə qış dövründə
məşq prosesi üçün əlverişli məkan idi. Məhz buna görə həmin məkanda
Olimpiya məşq bazası inşa olundu. Amma əfsuslar olsun ki, məlum
hadisələr – Ermənistanın ölkəmizə təcavüzü ilə əlaqədar doğma
yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın bir qismi bazada
yerləşdirildi. Bundan sonra tədricən avarçəkmə bazası dağıntı
vəziyyətinə düşməyə başladı. Ötən il cənab prezident İlham Əliyev həmin
ərazidə yeni bazanın inşasına dair sərəncam imzaladı. Prezidentimizin
müdrikliyi onda oldu ki, bu bazanın bərpasına yox, müasir tələblərə
cavab vermək şərtilə yenisinin tikilməsi ilə bağlı göstəriş verdi.
Gənclər və İdman Nazirliyi bazadan çəkilişlər apardı və tender elan
edərək, xarici şirkətlərə təqdim etdi. Tender nəticəsində qalib gələn
xarici şirkətə bazanın tikintisi həvalə olundu. Artıq tikinti işlərinə
başlanılıb və 2008-ci ilin sonları – 2009-cu ilin əvvəllərində baza
hazır vəziyyətdə olacaq. Baza daxilində beş bina – 130 nəfərlik otel, 50
metr uzunluqda Olimpiya standartlarına uyğun 200 tamaşaçı tutumuna
malik hovuz, qayıqların saxlanması və təmiri üçün qaraj, inzibati bina,
voleybol, boks, güləş və digər növlərlə məşğul olanlar üçün 500 nəfərlik
tribunaya malik idman zalı fəaliyyət göstərəcək. Həmçinin, baza
daxilində hakimlər üçün qüllə, üç açıq tennis kortu, jurnalistlər üçün
yer və kafe nəzərdə tutulub.
Hərbi Dəniz Qüvvələri İdman Klubu nəzdində Bakı avarçəkmə bazası
Bakı
şəhərinin 2 milyondan çox əhalisinin su idman növlərinə, o cümlədən
avarçəkməyə olan marağını nəzərə alaraq, Hərbi Dəniz Qüvvələrinə məxsus
idman klubunun nəzdində Azərbaycan Milli Avarçəkmə Federasiyasının
müvəqqəti ofisi tikildi. Layihə seçilərkən Mingəçevir Olimpiya avarçəkmə
bazasında olduğu kimi, arxitektura ansamblına daxil olan kompleks
məsələlər – ərazinin ölçüsü, landşaftı, bağ-park ansamlı, inkişaf
perspektivi və s. də nəzərə alındı. Layihə yeni arxitektura
elementlərinə malik mehmanxana kompleksi ilə seçilir. Bura Hərbi Dəniz
Qüvvələrinin bazasında avarçəkənlərlə yanaşı, həm də vaterpolçu, üzgüçü
və sinxron üzgüçülərin öz texnikalarını nümayiş etdirmələrindən ötrü 50
metr uzunluğuna malik hovuz da daxildir. Habelə, inzibati bina və
arxasında kompleks trenajorlardan ibarət örtülü zalda fəaliyyət
göstərəcək. Örtülü zalda həm də basketbol, voleybol, boks, güləş və cüdo
ilə məşğul olmaq mümkündür. Onun yanında futbol meydançası və kort da
yerləşir. Yenə qayıqlar üçün qaraj, qadın və kişilər üçün paltardəyişmə,
duş otaqları, trenajor zalı, qayıqların dənizə çıxması üçün körpücük,
200 nəfərlik tribuna hazırlandı.