| AMAF » Xəbər arxivi |
|
Azərbaycanın kanoe üzrə milli komandası fevralın 19-da Bolqarıstandakı Belmeken bazasına təlim-məşq toplantısına yollanacaq. Yığmamız baş məşqçi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin rəhbərliyi altında səfərə çıxacaq.
Martın 10-dək davam edəcək toplanışa 5 kanoeçimiz qatılacaq. Bunlar 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, 2010-cu ilin Avropa çempionları və son dünya çempionatının mükafatçıları Sergey Bezuqlıy və Maksim Prokopenko, gənclər arasında Avropa çempionu Andrey Kraytor, eləcə də istedadlı kanoeçimiz Boqdan Kurudzdur. Belmekendə keçiriləcək toplanış kanoeçilərimizin fiziki hazırlığının yüksəldilməsini nəzər... Ətraflı » |
Bu il kayak və kanoeçilərimiz, eləcə də akademik avarçəkənlərimiz 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün daha bir yarışda çıxış edəcəklər. Əvvəlcə kayak və kanoeçilərimiz mübarizəyə qatılacaqlar. Onlar 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) qüvvələrini sınayacaqlar. 20 – 23 mayda isə akademik avarçəkənlərimiz İsveçrənin Lütsern şəhərində təş... Ətraflı » |
|
Azərbaycan avarçəkənləri 2011-ci ildə xaricdə keçirilmiş yarışlarda 22 medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanıblar. Medallardan 18-i kanoe, 4-ü isə akademik qayıqlarda avarçəkənlərin payına düşüb. Başa çatmaqda olan ildə kanoeçilərimiz böyüklərin yarışında daha çox medal əldə ediblər. Onlar dünya çempionatında 1 qızıl, 3 gümüş, Avropa çempionatında 2 qızıl, 1 gümüş, Dünya Kubokunun mərhələ yarışlarında 2 qızıl, 4 gümüş, 1 bürünc medala sahib olublar. Bu medallara Valentin Demyanenko, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti və Andrey Kraytor yiyələnib. Bundan başqa, Kraytor 23 yaşadək kanoeçilər arasında Avropa çempionatının q... Ətraflı »
|
Azərbaycan Milli Olimpiya Komitəsi XXX Yay Olimpiya Oyunlarına hazırlaşır. Olimpiya yığmamız artıq 2012-ci il London olimpiadasına 28 lisenziya qazanıb. Bunlardan 4-ü avarçəkənlərimizin payına düşüb. Kanoe üzrə 3 qat dünya və 3 qat Avropa çempionu, olimpiya lisenziyalarından birinin sahibi və qarşıdakı olimpiadada medal ümidlərimizdən sayılan Valentin Demyanenko Rusiyanın "Vestnik Kafkaza” nəşrinə müsahibə verib. Azərbaycan Milli Avarçəkmə F... Ətraflı » |
|
2012-ci ildə keçiriləcək nüfuzlu yarışlara daha yaxşı hazırlıq məqsədilə Azərbaycan avarçəkənləri xaricdə təlim-məşq toplantılarına start verirlər. İlk hazırlıq prosesi dekabrın 1-də Bolqarıstanın Belmeken bazasında start götürəcək.
3 həftəyədək davam edəcək toplanışa akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov, Boris Yotov, Nataliya Mustafayeva, İskra Angelova və Viktoriya Nençeva, eləcə də kanoe üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Valentin Demyanenko qatılacaq. Demyanenko şəxsi məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında çalışacaq. Akademik avarçəkənlərimizin hazırlığına isə milli komandamızın baş məşqçisi Rudiger Hauffe ilə onun köməkçisi Y... Ətraflı » |
|
17 yaşlı kayakçımız 3 qızıl, 1 bürünc medal qazandı
Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Mingəçevir Reqatası-2011”ə yekun vurulub. Mingəçevir şəhərindəki "Kür” Olimpiya Mərkəzində təşkil olunmuş yarışda 5 ölkə mübarizə aparıb. Azərbaycan idmançıları hər üç növ üzrə mübarizədə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan təmsilçilərini geridə qoyublar. Ən çox medala Tamerlan Mustafayev layiq görülüb. 17 yaşlı idmançımız 1 nəfərlik qayıqla həm 18 yaşadək, həm də 23 yaşadək kayakçıların mübarizəsində 1000 metr məsafəyə yürüşdə 2 qızıl, 18 yaşadək kayakçıların mübarizəsində 500 metr məsafəyə yürüşdə 1 qızıl, 200 metr məsafə... Ətraflı » |
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov Beynəlxalq "Mingəçevir Reqatası-2011”in açılış mərasimindən sonra jurnalistlər üçün brifinq keçirib. E.Zeynalov yarışın əhəmiyyətindən və avarçəkənlərimizin 2012-ci il London Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyalardan danışıb:- Əvvəlcə bu reqata barədə fikirlərinizi bildirərdiniz… - Beynəlxalq Mingəçevir Reqatası artıq 52-ci dəfədir keçirilir... Ətraflı » |
Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Mingəçevir Reqatası-2011”in açılış mərasimi təşkil olunub. Tədbirdə Federasiyasının prezidenti Elçin Zeynalov, federasiya Gənclər və İdman Nazirliyinin rəsmiləri, Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini Bayram Mustafa iştirak ediblər. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan avarçəkənləri təntənəli mərasim üçün düzülüblər, reqatanın baş hakim... Ətraflı » |
|
Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq "Mingəçevir Reqatası-2011” start götürəcək. Üç gün davam edəcək yarışa 5 ölkə qatılacaq. Azərbaycan idmançılarından əlavə, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə avarçəkənləri qələbə uğrunda mübarizə aparacaqlar.
Mingəçevirdə təşkil olunmuş əvvəlki beynəlxalq reqatalarda ilk 3 əcnəbi ölkənin təmsilçıləri çıxış edibsə, Türkiyə yığması ilk dəfə qüvvəsini sınayacaq. Bu isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının qardaş ölkənin müvafiq qurumu ilə də əlaqələrinin get-gedə genişlənməsindən xəbər verir. Digər tərəfdən, Mingəçevir şəhərində yarışın ... Ətraflı »
|
|
Noyabrın 6-da start götürəcək Beynəlxalq "Mingəçevir Reqatası-2011”də akademik, kayak və kanoe qayıqlarında Azərbaycanın bütün aparıcı avarçəkənləri mübarizə aparacaqlar. Kanoeçilərin mübarizəsində 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy – Maksim Prokopenko, 23 yaşlılar arasında qitə birincisi Andrey Kraytor kimi titullu idmançılar çıxış edəcəklər. Onlardan Demyanenko və Bezuqlıy – Prokopenko dueti artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Akademik avarçəkənlərin yarışında isə dünya çempionatında lazımi nəticəni göstərərək, London olimpiadasına vəsiqə qazanmış Aleksandr Aleksandrovla... Ətraflı »
|





