| AMAF » Xəbər arxivi |
|
Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Mingəçevir Reqatası-2011” start götürəcək. Ənənəvi reqatanı Mingəçevir şəhərindəki "Kür” Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) birgə təşkil edəcək.
Məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcəsini təyin etməkdən ibarətdir. Həm akademik avarçəkənlər, həm də kayak və kanoeçilərin mübarizəsinə 18 yaşadək, 23 yaşadək və daha yuxarı yaşlı qadın və kişilər qatılacaqlar. Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa (2X), 2 nəfərl... Ətraflı » |
Azərbaycanın istedadlı kanoeçisi, 23 yaşadək kanoeçilər arasında Avropa çempionu Andrey Kraytor Almaniyada keçirilmiş beynəlxalq "Potsdam Canal Sprint” reqatasının qalibi olub. 19 yaşlı idmançımız artıq 8 ildir mövsümün sonunda keçirilən turnirə xüsusi dəvət əsasında qatılıb. Yarış qaydası isə belə olub: İki zolaqdan ibarət yürüş xəttinə hər dəfə iki idmançı çıxıb. Onlar 200 metr məsafəyə yürüş ediblər. Yürüş bəhsə girən idmançılarda... Ətraflı » |
28 avqust – 4 sentyabrda Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatında 7-ci yeri tutmuş Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış ilk azərbaycanlı qadın avarçəkən oldu. Eyni zamanda o, ölkəmizin London olimpiadasına vəsiqə əldə edən 3-cü xanım idmançısıdır. Mustafayeva dünya çempionatında əsas finala yüksələ bilməsə də, B finalında rəqiblərini böyük fərqlə qabaqlayaraq, olimpiya lisenziyas... Ətraflı » |
Son zamanlar avarçəkənlərimiz tarixi uğura nail olaraq qısa müddətdə dünya elitasına girməyi və olimpiya lisenziyaları qazanmağı bacarıblar. Məlum olduğu kimi, əvvəlcə kanoeçilərimiz Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilə Valentin Demyanenko fərqləniblər. Ardından olimpiya lisenziyalarını akademik avarçəkənlərimiz Aleksandr Aleksandrovla Nataliya Mustafayeva əldə ediblər. Sloveniyanın Bled şəhərində keçirilmiş akademik avarçəkmə ... Ətraflı » |
|
Sentyabrın ilk həftəsində Böyük Britaniyanın paytaxtı Londonda kayak və kanoe üzrə Dəvətlilərin Beynəlxalq Reqatası (London Canoe Sprint Invitational International Regatta) adlı turnir keçirilib. Yarışda dünyanın 30-dək ölkəsindən xüsusi dəvət əsasında 200 idmançı mübarizə aparıb. Onların arasında Azərbaycanın 3 kanoeçisi də yer alıb. Bunlar 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində təşkil olunmuş dünya çempionatının qalibi Valentin Demyanenko və gümüş mükafatçılar Sergey Bezuqlıy – Maksim Prokopenko dueti olub.
Beynəlxalq Reqata 2012-ci il London Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi məkanda – Eton Dorney Avarçəkm... Ətraflı »
|
Azərbaycan avarçəkənləri 2012-ci il London Yay Olimpiya Oyunlarına 4 vəsiqə qazanaraq, ölkəmizin lisenziya ehtiyatını əhəmiyyətli dərəcədə zənginləşdirdilər. Məlum olduğu kimi, ilk lisenziyalara Macarıstanın Seqed şəhərində 17 – 21 avqustda keçirilmiş dünya çempionatında kanoeçilərimiz Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilə Valentin Demyanenko yiyələndilər. Ardından lisenziya estafetini akademik avarçəkənlərimiz Aleksandr Aleksan... Ətraflı » |
Azərbaycanın daha bir akademik avarçəkəni Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qadın avarçəkənimiz bu uğura Sloveniyanın Bled şəhərində keçirilən dünya çempionatında imza atıb. Mustafayeva olimpiadaya vəsiqəni çempionatın B finalında (7 – 12-ci yerlər uğrunda) 1-ci yeri tutaraq əldə edib. 2000 metr məsafəni 7 dəqiqə 43,43 saniyəyə qət edən 26 yaşlı idmançımız bütün rəqiblərini... Ətraflı »
|
|
Akademik avarçəkənimiz də London olimpiadasına lisenziya qazandı
Sloveniyanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov tarixi nailiyyətə imza atıb. Aleksandrov kişilərin mübarizəsində lazımi nəticəni göstərərək, ölkəmizə London olimpiadasına daha bir lisenziya qazandırıb. Avarçəkənimiz bu uğura 2000 metr məsaf... Ətraflı » |
|
Sloveniyanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov bu gün yarımfinal yürüşündə çıxış edib. Aleksandrov finala vəsiqə verən ilk "3-lüy”ə düşə bilməyib.
O, kişilər arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəni 7 dəqiqə 25,28 saniyəyə qət edərək, 6-cı olub. İlk 3 pilləni tutan yeni zelandiyalı Meyh Drizdeyl (6:51.52), norveçli Olaf Tufte (6:52.29) və isveçli Lassi Karonen (6:54.03) əsas finala yüksəlib. Aleksandrov isə çinli Lianq Çanq (7:07.55) və ABŞ təmsilçisi Kennet Jurkovski (7:10.79), eləcə də digər yarımfinal yürüşü... Ətraflı » |
|
Sloveniyanın Bled şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Nataliya Mustafayeva uğurlu çıxışlarını davam etdirirlər. Olimpiya tipli qayıqlarla mübarizə aparan hər iki avarçəkənimiz artıq yarımfinala vəsiqə qazanıb.
Mustafayeva bu gün keçirilən təsəlliverici yürüşdə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəni 7 dəqiqə 38,63 saniyəyə qət edib. O, startdaca təşəbbüsə yiyələnib və sonadək liderliyini əldən verməyib. Mustafayeva rusiyalı Yuliya Levina (7:44.27), ABŞ təmsilçisi Cenevra Stoun (7:44.63), ispaniya... Ətraflı »
|







