| AMAF | Mob: (+99455) 262-73-99 Tel: (+99412) 4653325 Fax: (+99412) 4982167 E-mail: pressa[at]amaf.az Bu sayt Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytıdir və bütün müəllif hüquqları qorunur. Saytda yerləşdirilən hər hansı məlumatdan istifadə zamanı istinad vacibdir. © 2007 - 2012 |
Bazar, 20.05.2012, 08:05 Saytımıza xoş gəlmişsiniz!
 Bu gün Azərbaycan xalqı 20 yanvar hadisələrinin 21-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycan ərazisinə soxularaq dinc əhalini gülləbaran edib. Nəticədə 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıbla ... Ətraflı »
|
Azərbaycan idman ictimaiyyətinə itki üz verib. Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Ağazəki Atayev uzun sürən xəstəlikdən sonra vəfat edib.  Ağazəki Teyyub oğlu Atayev 8 iyun 1935-ci ildə Bakıda doğulub. O, kayak növündə dəfələrlə Azərbaycan çempionu olub. Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə milli komandasının baş məşqçisi kimi də çalışmış A.Atayevin çoxsaylı yetirmələri respublika və keçmiş SSRİ çempionatlarında müvəffəqiyyətlə çıxış edi ... Ətraflı »
|
 Azərbaycan Milli Avarçəkmə Federasiyası avarçəkənlər və məşqçilər heyəti adından bütün Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir, 2011-ci ildə bol-bol uğurlar, müvəffəqiyyətlər arzu edir. Qoy yeni ildə xalqımızın hər bir sahədə, o cümlədən idmanda nailiyyətləri daha da artsın, bütün arzuları yerinə yetsin!
|
Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) akademik, kayak və kanoe qayıqlarında 2010-cu ildə ölkəmizin ən yaxşı avarçəkənlərini müəyyənləşdirib. Başa çatmaqda olan il ərzində avarçəkmənin hər üç növü üzrə kifayət qədər idmançımız uğurlar əldə edib. Ən böyük nailiyyətə Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz imza atıb. Bu cütlük Avropa çempionatının qalibi və gümüş mükafatçısı, Dünya Kubokunun ikiqat qalibi və ikiqat gümüş mükafatçısı, eləcə də dünya çempionatının gümüş mükafatçısı olublar. Bütün bu uğurlara əsasən, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilin ən yaxşı kanoeçisi s... Ətraflı »
|
Dekabrın 27-də Milli Olimpiya Komitəsində (MOK)
2010-cu ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim
olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya
Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısı əvvəlcə MOK-un
inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın
beynəlxalq yarışlarda, o cümlədən Sinqapurda keçirilən Yeniyetmələrin I
Yay Olimpiya Oyunlarında iştirakına, qazandıqları qələbələrə həsr
olunmuş fotosərgiyə baxdı. Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar Prezident İlham Əliyevi hərarətlə ... Ətraflı »
|
14 yaşlı avarçəkənimiz kişilərin yarışında medal qazandı, qadın avarçəkənimiz isə hamıdan güclü oldu
"Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Mingəçevir reqatası-2010” beynəlxalq turnirində akademik avarçəkənlərin mübarizəsinə də yekun vurulub. Bu növ üzrə mübarizəyə ümumilikdə 55 idmançı qatılıb. Onlardan 50-si kişi, 5-i isə qadın olub. Azərbaycanı 41 kişi, 4 qadın, Gürcüstanı 7 kişi, Rusiyanı 2 kişi, Ukraynanı isə 1 qadın avarçəkən təmsil edib. Onlar 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik sükansız (2-), 4 nəfərlik sükansız (4-) və 4 nəfərlik qoşa avarlı (4X) qayıqla ... Ətraflı »
|
"Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Mingəçevir reqatası-2010” beynəlxalq turnirində kayak və kanoe qayıqlarında avarçəkənlər çıxışlarını başa vurublar. İki gün davam etmiş mübarizəyə ümumilikdə 56 kişi və 8 qadın idmançı qatılıb. Onlar 5 ölkəni – Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və İranı təmsil ediblər.
Kayakçıların yarışında 35 kişi, 8 qadın avarçəkən qüvvəsini sınayıb. Kişilərdən 30-u Azərbaycanın, 4-ü Gürcüstanın, 1-i İranın, qadınlardan 3-ü Azərbaycanın, 3-ü Gürcüstanın, 2-si Ukraynanın idman şərəfini qoruyub. 21 kanoeçidən isə 11-i Azərbaycanı, 4-ü Rusiyanı, 4-ü Gürcüstanı, 2-si isə Ukraynanı təmsil edi ... Ətraflı »
|
"Kür” Olimpiya Təlim-Tədris Mərkəzində Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak və Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejan Xurtsidzenin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə öncə AMAF prezidenti Elçin Zeynalov çıxış edib. O, "Kür” Təlim-Tədris Mərkəzinin yenidən tikilişindən sonra "Kür” Təlim-Tədris Mərkəzinin açılışında prezident İlham Əliyevin iştirak etdiyini, dövlət başçısının bu mərkəz haqqında öz fikrilərini bildirdiyini, Azərbaycanda avarçəkmənin inkişafını qeyd etdiyini bildirib. E.Zeynalov sabah start veriləcək "M ... Ətraflı »
|
 Noyabrın 12-də "Mingəçevir reqatası-2010” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Mingəçevir şəhərindəki "Kür” Olimpiya Təlim-Tədris Mərkəzində keçirilənn mərasimdə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak, Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejani Xurtsidze və digər nüfuzlu qonaqlar iştirak ediblər.
Mərasi... Ətraflı »
|
Noyabrın 13-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində start götürəcək akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə “Mingəçevir reqatası-2010” beynəlxalq turnirində iştirak edəcək qonaq komandaların tərkibi müəyyənləşib. Üç gün davam edəcək ənənəvi yarışa Gürcüstan, Rusiya və Ukraynadan ümumilikdə 27 avarçəkən qatılacaq. Ən geniş nümayəndə heyəti Gürcüstandan gələcək. Bu ölkədən Mingəçevirə 16 idmançı, 2 məşqçi, eləcə də Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejan Xurtsidze, baş katib Viktor Qrdzelişvili və daha bir rəsmi şəxs təşrif buyuracaq. Rusiya turnirdə 4 akademik avarçəkən, 4 kayak və kanoeçi ilə təmsil olun... Ətraflı »
|
|
|