| AMAF » Xəbər arxivi |
|
Mayın 20-də İsveçrənin Lütsern şəhərində start götürəcək Yekun Olimpiya Təsnifat Reqatasında (Final Olympic Qualification Regatta) Azərbaycan akademik avarçəkənlərinin ilk rəqibləri müəyyənləşib. Təmsilçilərimizdən mübarizəyə əvvəlcə Viktoriya Nençeva – İskra Angelova dueti qoşulacaq. Qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqda (W2-) yer alan cütlüyümüz Bakı vaxtı ilə saat 18:00-da 2000 metr məsafəyə seçmə yürüşdə qüvvəsini sınayacaq. Onların rəqibləri Kerstin Hartmann – Marlen Sinniq (Almaniya), Maria Laura Abalo – Qabriela Best (Argentina), Yuliya Bıçik – Natalya Gelax (Belarus) və Vianka van Dorp – Olivia van Royyen (Hollandiya) olacaq. İlk 2 yeri tutanlar... Ətraflı »
|
|
Polşanın Poznan şəhərində keçirilən Dünya Kubokunun I mərhələsində Azərbaycan kanoeçiləri Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko duetləri çıxış etdikləri bütün məsafələrə yürüşlərdə finala yüksəliblər. Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metrlik məsafənin ardından olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə də finişə birinci çatıb.
C-1 kateqoriyalı qayıqla ən qısa məsafəyə yürüşlərə 37 kanoeçi qatılıb. Onlar 5 yarımqrupda mübarizəyə başlayıblar. 20 yaşlı kanoeçimiz seçmə yürüşdə 200 metr məsafəni 42,614 saniyəyə qət edib. O, kanadalı Ceyson Makkumbs (42,986), ukraynalı Aleksandr Maksimçuk (43,162), belaruslu Denis Xaraja (43,742), polşal... Ətraflı » |
Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan milli komandası ilk medalını qazanıb. 2 nəfərlik kanoe qayığı (C-2) ilə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr məsafəyə əsas final (Final A) yürüşündə bürünc medala sahib olub. Onlar finişə 3 dəqiqə 50,798 saniyəyə çataraq yalnız almaniyalı Peter Kretşmer – Kurt Kuşela (3:47.706) və Tomaş Vılençek – Ştefan Holts (3:47.750... Ətraflı » |
|
Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb. Yarışda Azərbaycanı 4 kanoeçi – Adnan Əliyev, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir. İlk yarış günündə Bezuqlıy – Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr, Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşlərdə finala yüksəlib. Əliyev isə 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə mübarizəni yarımfinalda dayandırıb.
Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmış kanoeçi duetimiz 1000 metrlik məsafəyə seçmə yürüşü 3 dəqiqə 58,218 saniyəyə qət edərək,... Ətraflı » |
Mayın 20-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatası (Final Olympic Qualification Regatta) start götürəcək. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan 2 qayıqda 4 avarçəkənlə təmsil olunacaq. Ötən ilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) London olimpiadasına vəsiqəni təmin etmiş Aleksandr Aleksandrov bu dəfə 2 nəfərlik qoşa avarlı qayıqla (M2... Ətraflı » |
|
Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürüb. Yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılıb. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə bu məsafəni 4 dəqiqə 11,489 saniyəyə qət edərək, 6-cı olub. O, birbaşa finala adlaya bilməsə də, yarımfinalda da mübarizə aparıb. Bu dəfə isə Əliyev finişə 4 dəqiqə 14,416 saniyəyə çatıb. Finala ilk 3 yeri tutanlar yüksəliblər. Kanoeçimiz ... Ətraflı » |
Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycanı 4 kanoeçi təmsil edəcək. Bunlar Sergey Bezuqlıy, Maksim Prokopenko, Adnan Əliyev və Andrey Kraytordur. Kraytor 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr, Əliyev 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Bezuqlıy – Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 200 metr, 500 metr... Ətraflı » |
Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürəcək. İki gün davam edəcək yarışda Azərbaycanı kanoeçi Adnan Əliyev təmsil edəcək. O, 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Yarışın ilk günündə seçmə və yarımfinal, ertəsi gün final yürüşü olacaq. Yekunda Əliyev ilk 2 pillədən biri... Ətraflı » |
|
Azərbaycan akademik avarçəkmə növündə böyüklər arasında mötəbər yarışlarda ilk medalını əldə etdi
|
|
Dünya Kubokunun I mərhələsində Viktoriya Nençeva – İskra Angelova dueti 11-ci, Boris Yotov 21-ci yeri tutub
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan təmsil edəcək Aleksandr Aleksandrov və Nataliya Mustafayeva Serbiyanın paytaxtı Belqradda keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsində finala yüksəliblər. Avarçəkənlərimiz yarımfinal yürüşlərində ilk "3-lüy”ə düşərək, bu hüquqa yiyələniblər.... Ətraflı » |







