| AMAF » Xəbər arxivi |
Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürüb. Yarışda çıxış edən Azərbaycan avarçəkənləri ilkin mərhələni adlamağı bacarıblar. Olimpiya təyinatlı qayıqlarla kişilərin mübarizəsində 1 nəfərlik qayıqda (M1X) yer alan Aleksandr Aleksandrov seçmə yürüşdə 2000 metr məsafəni 6 dəqiqə 58,... Ətraflı »
|
|
Daha 2 avarçəkənimiz London olimpiadasına lisenziya uğrunda mübarizəyə başlayır
Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək. 70-dən çox ölkənin qatılacağı nüfuzlu yarışda 22 dəst medal sahibini tapacaq. Bunların 14-də London olimpiadasına lisenziyalar uğrunda da mübarizə gedəcək. Azər... Ətraflı » |
|
Azad Rəhimov: "Alov təsvirli qayığınızın birinci olduğunu görəndə inanılmaz dərəcədə sevindik”
Bu gün gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Seqed şəhərindəki dünya çempionatında çıxış etmiş kayak və kanoe üzrə Azərbaycan milli komandası ilə görüşüb. Görüşdə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov və federasiyanın texniki direktoru Leyla Əliyeva da iştirak ediblər. Nazir əv... Ətraflı » |
Macarıstanın Seqed şəhərində 17 – 21 avqustda keçirilmiş dünya çempionatını izləyənlər arasında Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes də var idi. O, nüfuzlu yarışda 500 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə gümüş medal qazanmış Azərbaycan kanoeçilərini şəxsən mükafatlandırdı, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyevaya qazanılan 1 qızıl, 3 gümüş medal münasibətilə təb... Ətraflı » |
|
"Olimpiadaya lisenziya qazanmaq federasiya, dövlət üçün böyük önəm kəsb edirdi”
Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın kanoe üzrə milli komandası 2008-ci il London Yay Olimpiya Oyunlarına 2 lisenziya qazandı. İlk lisenziyaya avqustun 20-də Sergey Bezuqlıy – Maksim Prokopenko dueti sahib oldu. Onlar 1000 metr məsafəyə yürüşdə gümüş medalla bu vəzifənin öhdəsindən gəldilər. Ardından Valentin Demy... Ətraflı » |
"Mən əvvəllər 2005-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə və 2009-cu ildə Kanadanın Dartmut şəhərində dünya çempionu olmağı bacarmışdım. Lakin 2006-cı ildə Seqeddə keçirilmiş dünya çempionatında gümüş medal qazanmışdım. Şadam ki, 5 ildən sonra burada yenidən təşkil olunan dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardım”. Bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında kanoe üzrə... Ətraflı » |
Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında Azərbaycan milli komandası 4-cü medalını qazanıb. Yığmamız bu dəfə kanoe qayığı ilə 200 metr məsafəyə 4 nəfərlik estafet yürüşündə gümüş medala sahib olub. Millimizin heyətində bu uğura Andrey Kraytor, Sergey Bezuqlıy, Maksim Prokopenko və Valentin Demyanenko imza atıb. Onlar finalda 2 dəqiqə 48,341 saniyə nəticə göstərərək, yalnız rusiyalı kvartetdən 1,386 s... Ətraflı » |
Azərbaycan kanoeçisi Valentin Demyanenko karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb. O, növbəti böyük uğuruna Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında imza atıb. 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə Demyanenko bütün rəqiblərini arxada qoyub. O, finişə 39,339 saniyəyə çataraq, bütün rəqiblərini qabaqlayıb. Bununla da Demyanenko ölkəmizə dünya çempionatında ilk qızıl medalla yanaşı, 2012-ci il London Y... Ətraflı » |
Azərbaycan kanoeçisi Adnan Əliyev Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında 1 nəfərlik qayıqla 5000 metr məsafəyə marafon yürüşündə də iştirak edib. 30 idmançının qatıldığı mübarizə 2 km-lik məsafəyə düz, ardından 4 dövrəlik dairəvi hərəkət və start xəttinə düz istiqamətlə qayıdış hərəkətlərindən ibarət olub. Əliyev yekunda 25 dəqiqə 7,599 saniyə nəticə ilə 13-cü yeri tutub. Qalib adını isə 23 dəqiqə 23,823 sa... Ətraflı » |
|
Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında Azərbaycan kanoeçiləri sayca 5-ci dəfə finala vəsiqə qazanıblar. Andrey Kraytor, Sergey Bezuqlıy, Maksim Prokopenko və Valentin Demyanenkodan ibarət kvartetimiz 200 metr məsafəyə estafet yürüşündə uğurla çıxış edib. Seçmə mərhələdə onlar üst-üstə 2 dəqiqə 50,889 saniyə nəticə göstərərək, ikinci yeri tutublar. Birinci yerə isə 2 dəqiqə 48,643 saniyə göstərici ilə Rusiya nail olub. Komandamız Macarıstan (2:51.199), Kanada (2:51.265), İspaniya (2:51.613) və Hindistanı (3:17.209) geridə qoyub. Final yürüşü avqustun 21-də Bakı vaxtı ilə saat 17:30-da olacaq. Təmsilçilərimiz medal uğrunda İspaniya, Polşa,... Ətraflı »
|










