| AMAF » Xəbər arxivi |
|
Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası iyunun 12-də
Polşanın Poznan şəhərinə yola düşəcək. Yığmamız tarixində ilk dəfə
2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat
turnirində və Dünya Kubokunun III mərhələsində çıxış edəcək.
Baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında səfərə 4 idmançımız – Cavid Əfəndiyev, Fikrət Məmmədov, Kamal Məmmədov və Xəyal Zülfüqarov çıxacaq. İyunun 15-də start götürəcək Olimpiya təsnifat turnirində yalnız F.Məmmədov – K.Məmmədov dueti mübarizə aparacaq. Bu cütlük 2 nəfərlik sükanlı (qoşa avarlı) qayıqlarda qüvvəsini sınayacaq. Yarışın proqramına əsasən, həmyerlilərimiz mübar... Ətraflı » |
|
Bu gün Macarıstanın Zeqed şəhərində kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsinin startı verilib. 34 ölkənin
qatıldığı yarışda ilk dəfə Azərbaycan idmançıları da mübarizə
aparırlar. Günün ilk yarısında kayak və kanoeçilərimiz 200 metr məsafəyə
yürüşün seçmə mərhələsində qüvvələrini sınayıblar.
1 nəfərlik qayıqlarda kanoeçilərimizdən Valentin Demyanenko bu məsafəni 41,018 saniyəyə qət edərək öz yarımqrupunda 8 idmançı arasında I yeri tutub. Digər yarımqrupda isə Aleksandr Kasatkin 43,343 saniyə nəticə ilə 8 idmançı arasında V olub. Yarışın reqlamentinə əsasən, V.Demyanenko birbaşa 9 idmançının mübarizə aparacağı fi... Ətraflı » |
|
Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə yığma komandası
iyunun 15-də Polşanın Poznan şəhərində start götürəcək 2008-ci il Pekin
Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə Mingəçevirdəki
"Kür” Təlim-Tədris Mərkəzində hazırlaşacaq.
Millimiz iyunun 1-də başlanacaq təlim-məşq toplantısına baş məşqçi Samir Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında yollanacaq. Heyətə 12 idmançı – Toğrul Qurbanzadə, Cavid Əfəndiyev, Fikrət Məmmədov, Kamal Məmmədov, Dostməmməd Dostməmmədov, Timur Kutseba, Aleksandr Qlotov, Kamran Yusubov, Fərman Əliyev, Aleksandr Jdanov, Əbdülrəşid Mustafin və Xəyal Zülfüqarov daxil edilib. Yığmam... Ətraflı » |
|
Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yığma
komandası Dünya Kubokunun mərhələ yarışlarında mübarizə aparacaq.
Millimiz Avropanın üç ölkəsində keçiriləcək nüfuzlu turnirlərdə çıxış
etmək üçün bu gün bir aylıq səfərə çıxıb.
Baş məşqçi Vasili Kovbanovski və Azərbaycan Milli Avarçəkmə Federasiyası prezidentinin məsləhətçisi Valeri Dosenkonun rəhbərlik etdiyi heyətdə 4 idmançı yer alıb. Fikrət Zeynalovla Elmar Məmmədov kayak, Aleksandr Kasatkinlə Valentin Demyanenko isə kanoe qayıqlarında qüvvələrini sınayacaqlar. Yığmamız əvvəlcə Dünya Kubokunun I mərhələsinin keçiriləcəyi Macarıstanın Zeqed şəhərinə yollanıb. 5 – 7 iyunda təşk... Ətraflı » |
|
24-25 mayda Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında
akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Kiyev reqatası keçirilib.
Yarışda Ukrayna, Belarus və Moldova idmançıları ilə yanaşı, ilk dəfə
Azərbaycan avarçəkənləri də mübarizə aparıblar. Baş məşqçi Samir
Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında çıxış edən 7
idmançımız bir, iki və dörd nəfərlik qayıqlarda qüvvələrini sınayıblar.
6 kateqoriyada final mərhələsinə adlamağı bacaran yığmamızın üzvləri
bir bürünc medala sahib çıxıblar.
Həmin medalı 2 nəfərlik sükansız (təkavarlı) qayıqlarda Aleksandr Qlotov – Timur Kutseba dueti qazanıb. Bu cütlük 2000 metr məsafəni 7 d... Ətraflı » |
|
Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası tarıxındə ilk
dəfə Olimpiya təsnifat turnirində mübarızə aparacaq. Bu məqsədlə
avarçəkənlərimiz Polşanın Poznan şəhərində keçiriləcək 2008-ci il Pekin
Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kubokuna
qatılacaqlar.
İyunun 15-də start götürəcək reqatada beş idmançımızın iştirakı nəzərdə tutulub. Onlar bir və iki nəfərlik qayıqlarda yarışacaqlar. Turnir səkkiz gün davam edəcək. Qeyd edək ki, hazırda 18 yaşlılardan ibarət millimiz Ukraynanın paytaxtı Kiyevdədir. Yığmamız 24-25 mayda keçiriləcək beynəlxalq "Kiyev reqatası”nda qüvvəsini sınayacaq. Komandamız vətənə döndükdən sonra ... Ətraflı » |
|
Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə 18 yaşlılardan ibarət
yığma komandası sabah Ukraynanın paytaxtı Kiyevə yollanacaq.
Avarçəkənlərimiz mayın 24-də start götürəcək beynəlxalq "Kiyev
reqatası”nda mübarızə aparacaqlar. İki gün davam edəcək turnir Kiyev
günü münasibətilə mayın 7-dən 25-dək Ukrayna paytaxtında qeyd ediləcək
bayram tədbirləri çərçivəsində baş tutacaq.
Yarışda ölkəmizi 7 idmançı təmsil edəcək. Belə ki, ən perspektivli avarçəkənimiz Cavid Əfəndiyev Kiyevdə birnəfərlik qayıqda çıxış edəcək. Timur Kutseba – Aleksandr Qlotov və Fərman Əliyev – Kamran Yusubov duetləri 2 nəfərlik sükansız, Aleksandr Jdanov – Əbdülrəşid Musta... Ətraflı » |
|
Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzində keçirilən
akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan
çempionatına yekun vurulub. 150-dən çox idmançının iştirak etdiyi ölkə
birinciliyi 18 yaşadək, həmçinin 23-dək və ondan yuxarı yaş qruplarında
keçirilib.
Akademik qayıqlarda avarçəkənlər yalnız 2000 metr, kayak və kanoe qayıqlarında avarçəkənlər isə 200, 500 və 1000 metr məsafələri qət etmək üçün yarışıblar. Akademik avarçəkənlər bir nəfərlik, iki nəfərlik yüngül çəkili, sükanlı və sükansız, həmçinin dörd nəfərlik sükansız qayıqlarda mübarizə aparıblar. Kayak və kanoeçilər isə bir və iki nəfərlik qayıqlarda qüvvələri... Ətraflı » |
|
Mingəçevir şəhərində keçirilən akademik, kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə Azərbaycan çempionatında ilk yarış gününün texniki
nəticələrini təqdim edirik
Akademik qayıqlarda avarçəkmə Texniki nəticələr 9 may Məsafə: 2000 metr 18 yaşadək 2 nəfərlik sükansız qayıqlarda (2- U18) 1. Timur Kutseba - Aleksandr Qlotov – 8.00 dəq. 2. Kamran Yusubov - Fərman Əliyev – 8.51 dəq. 3. Ruslan Qurbanov - Vüsal Həsənov – 9.47 dəq. 4. Sərxan Hüseynov - Nicat Mehdiyev – 11.36 dəq. 23 yaşadək 1 nəfərlik qayıqlarda (1x U23) 5. Dostməmməd Dostməmmədov – 11.59 dəq. 6. Xəyal Zülfüqarov – 13.07 dəq.... Ətraflı » |
|
Mingəçevir şəhərində keçirilən akademik, kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə Azərbaycan çempionatının start protokolunu təqdim edirik
Akademik qayıqlarda avarçəkmə Start protokolu 9 may Məsafə: 2000 metr 18 yaşadək 2 nəfərlik sükansız qayıqlarda (2- U18) 1. Timur Kutseba - Aleksandr Qlotov 2. Kamran Yusubov - Fərman Əliyev 3. Ruslan Qurbanov - Vüsal Həsənov 4. Sərxan Hüseynov - Nicat Mehdiyev 23 yaşadək 1 nəfərlik qayıqlarda (1x U23) 5. Dostməmməd Dostməmmədov 6. Xəyal Zülfüqarov 7. Aqşin Məmmədov 18 yaşadək 1 nəfərlik qayıqlarda (1x U18) 8. Cavid Əfəndiyev 9. T... Ətraflı » |

