| AMAF » Xəbər arxivi |
|
Bu gün Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzində akademik,
kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan çempionatı start
götürüb. Аçılış mərasimində çıxış edən Azərbaycan Milli Avarçəkmə
Federasiyasının (AMAF) baş katibi Fikrət Zeynalov çempionatda 150-dən
çox idmançının iştirak edəcəyini söyləyib. F.Zeynalov bildirib ki,
avarçəkənlərin 80-dən çoxu akademik, 70-i isə kayak və kanoe
qayıqlarında çıxış edəcək.
Federasiyanın yarandığı qısa müddət ərzində kütləviliyə xüsusi diqqət yetirildiyini vurğulayan AMAF rəsmisi bu çempionatda bir çox yeni avarçəkənlərin sınaqdan çıxarılacağını açıqlayıb. Mingəçevir şəhər Gənclər və İdman Baş İ... Ətraflı » |
|
Sabah Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzində akademik,
kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan çempionatının
startı veriləcək. Üç gün davam edəcək ölkə birinciliyi 18 yaşadək,
həmçinin 23-dək və ondan yuxarı yaş qruplarında keçiriləcək.
Akademik qayıqlarda avarçəkənlər yalnız 2000 metr, kayak və kanoe qayıqlarında avarçəkənlər isə 200, 500 və 1000 metr məsafələri qət etmək üçün yarışacaqlar. Çempionatın proqramına əsasən, 9-10 mayda ilkin və yarımfinal keçidləri, 11 mayda isə final keçidləri olacaq. Akademik avarçəkənlər bir nəfərlik, iki nəfərlik yüngül çəkili, sükanlı və sükansız, həmçinin dörd nəfərlik sükansız qayı... Ətraflı » |
|
Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə milli komandası daha
bir beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Bu dəfə 18 yaşlılardan
ibarət yığmamız beynəlxalq «Kiyev reqatası»nda mübarizə aparacaq. Mayın
24-də Ukraynanın paytaxtı Kiyevdə start götürəcək yarışa 7 idmançımız
ezam olunacaq.
Belə ki, 18 – 24 apreldə Rusiyanın Rostov şəhərində keçirilmiş «Don reqatası»nda gənclər arasında 4-cü yeri tutan Cavid Əfəndiyev Kiyevdə birnəfərlik qayıqlarda çıxış edəcək. Timur Kutseba – Aleksandr Qlotov və Fərman Əliyev – Kamran Yusubov duetləri 2 nəfərlik sükansız, Aleksandr Jdanov – Əbdülrəşid Mustafin dueti isə sükanlı qayıqda mübarizə aparacaq.... Ətraflı » |
|
Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi Bakı
şəhərində avarçəkməyə maraq göstərən 100-dək şagirdlə görüş keçirib.
Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində fəaliyyət göstərən
avarçəkmə bazasındakı hovuzda təşkil olunan görüşə paytaxtın Yasamal və
Səbail rayonlarındakı orta məktəblərdə təhsil alan şagirdlər qatılıb.
Tədbiri açan AMAF-ın baş katibi Fikrət Zeynalov ölkəmizdə avarçəkmənin tarixi haqqında məlumat verib. F.Zeynalov hazırda akademik avarçəkmə, kayak və kanoe növlərinin daha çox inkişaf etdiyini bildirib. Baş katib şagirdlərlə görüşün ölkəmizdə zəngin tarixi ənənələrə malik avarçəkmənin yenidən populyarlaşma... Ətraflı » |
|
Rusiyanın Rostov şəhərində başa çatan beynəlxalq «Don» reqatasından
qayıdan Azərbaycanın akademik avarçəkənləri mayın 1-də Mingəçevir
şəhərinə növbəti təlim-məşq toplantısına yollanacaqlar. Baş məşqçi Samir
Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında keçiriləcək
hazırlıq prosesinə 11 idmançı qatılacaq.
«Kür» Təlim-Tədris Mərkəzində təşkil olunacaq toplanışda Kamal Məmmədov, Fikrət Məmmədov, Dostməmməd Dostməmmədov, Cavid Əfəndiyev (hamısı Mingəçevir), Aleksandr Qlotov, Timur Kutseba, Toğrul Qurbanzadə, Kamran Yusubov, Fərman Əliyev, Aleksandr Jdanov, Əbdülrəşid Mustafin (hamısı Bakı) iştirak edəcək. Onlar milli komandaya ... Ətraflı » |
|
Azərbaycan Milli Avarçəkmə Federasiyası ölkəmizdə avarçəkmə növlərinin
təbliği məqsədilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə daha
bir tədbir təşkil edəcək. Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində
yaradılan avarçəkmə bazasında aprelin 29-da saat 15:00-da başlanacaq
tədbirdə Bakı şəhərinin Yasamal və Səbail rayonlarının orta
məktəblərində avarçəkmə növlərinə maraq göstərən 100-dək şagird iştirak
edəcək.
Görüş zamanı əvvəlcə avarçəkmənin tarixi haqqında məlumat veriləcək. Akademik avarçəkmə, baydarka və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandalarımızın üzvləri xüsusi trenajor və qayıqlarda nümunəvi çıxışlar edəcək, məşqçilər ... Ətraflı » |
|
Rusiyanın Rostov şəhərində keçirilən akademik avarçəkmə üzrə beynəlxalq
"Don" reqatasına yekun vurulub. Yarışda Rusiyanın 19 şəhər və
vilayətinın və Ermənistanın idmançıları ilə yanaşı, Azərbaycan yığma
komandası da mübarizə aparıb. Komandamızın heyətində yer alan 11
avarçəkən bir nəfərlik və iki nəfərlik qayıqlarda çıxış edıb.
Birnəfərlik qayıqlarda Dostməmməd Dostməmmədov və Toğrul Qurbanzadə, iki
nəfərlik qayıqlarda isə Kamran Yusubov - Fərman Əliyev dueti seçmə
mərhələdən finala adlaya bilməyib. Əvəzində bir nəfərlik qayıqlarda
Cavid Əfəndiyev həm gənclərin, həm də böyüklərin mübarizəsində hər
birində 6 idmançı olmaqla, A (1-6-cı yerlər) və B (7-12-... Ətraflı »
|
|
Azərbaycanın 18 və 23 yaşadək yığma komandası Rusiyanın Rostov şəhərində
davam edən akademik avarçəkmə üzrə beynəlxalq «Don» reqatasında
mübarizə aparır. Artıq Rostovdan xoş xəbər almışıq. 18 yaşlıların
mübarizəsində birnəfərlik qayıqda çıxış edən Cavid Əfəndiyev 60 idmançı
arasında 4-cü yeri tutub. Yarımfinal səddini dəf edən C.Əfəndiyevin
həlledici mərhələdə mükafatçılar sırasına düşməsi üçün cüzi vaxtı
çatmayıb. 23 yaşadək idmançılar arasında 2 nəfərlik qoşa avarlı
qayıqlarda yüngül çəkidə mübarizə aparan Kamal Məmmədov – Fikrət
Məmmədov cütlüyü 10-cu, Cavid Əfəndiyev - Toğrul Qurbanzadə dueti isə
11-ci yeri tutub.
İdmançılarımızın ölkəmizin xari... Ətraflı » |
Bu gün hələ uşaq yaşlarından ömrünü böyük idmana, xüsusən avarçəkməyə
həsr etmiş mərhum Pərviz Xosrov oğlu Həsənovun anadan olmasının 85-ci
ildönümüdür. 1923-cü il aprelin 15-də Bakı şəhərində doğulan P.Həsənov
«Dinamo» cəmiyyətinin basketbol üzrə yeniyetmələrdən ibarət
komandasının, 1947-ci ildə isə «Bolşevik» cəmiyyətinin voleybol
komandasının heyətində paytaxt çempionu adını qazanıb. 1941-ci ildə
Böyük Vətən müharibəsi başlarkən, o, Suxumi pulemyot məktəbinə daxil
olub. Bir ildən sonra isə Şimali Qafqazda yerləşən keçmiş S... Ətraflı » |
Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına yeni idmançılar
cəlb olunub. Bakı şəhərinin müxtəlif klublarının tərkibində məşğul olan
avarçəkənlərdən 8-i aprelin 20-də Mingəçevir şəhərinə təlim-məşq
toplantısına aparılacaq. Onlar Aleksandr Maksimov, Nicat Mehdiyev, Telman Həbibli, Turqay Məmmədov, Sərxan Hüseynov, Xəyal Zülfüqarov, Orxan Kərimov və Kamil Quliyev olacaq. Yeni idmançılar, həmçinin mayın 9-da start götürəcək Azərbaycan çempionatına da qatılacaqlar. Həmin vaxt əsas yığmamız Rusiyanın Rostov şəhərində... Ətraflı » |


Bu gün hələ uşaq yaşlarından ömrünü böyük idmana, xüsusən avarçəkməyə
həsr etmiş mərhum Pərviz Xosrov oğlu Həsənovun anadan olmasının 85-ci
ildönümüdür. 1923-cü il aprelin 15-də Bakı şəhərində doğulan P.Həsənov
«Dinamo» cəmiyyətinin basketbol üzrə yeniyetmələrdən ibarət
komandasının, 1947-ci ildə isə «Bolşevik» cəmiyyətinin voleybol
komandasının heyətində paytaxt çempionu adını qazanıb. 1941-ci ildə
Böyük Vətən müharibəsi başlarkən, o, Suxumi pulemyot məktəbinə daxil
olub. Bir ildən sonra isə Şimali Qafqazda yerləşən keçmiş S
Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına yeni idmançılar
cəlb olunub. Bakı şəhərinin müxtəlif klublarının tərkibində məşğul olan
avarçəkənlərdən 8-i aprelin 20-də Mingəçevir şəhərinə təlim-məşq
toplantısına aparılacaq.