14:31 Adnan Əliyev marafon yürüşündə 30 kanoeçi arasında 13-cü yeri tutub | |
Azərbaycan kanoeçisi Adnan Əliyev Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında 1 nəfərlik qayıqla 5000 metr məsafəyə marafon yürüşündə də iştirak edib. 30 idmançının qatıldığı mübarizə 2 km-lik məsafəyə düz, ardından 4 dövrəlik dairəvi hərəkət və start xəttinə düz istiqamətlə qayıdış hərəkətlərindən ibarət olub. Əliyev yekunda 25 dəqiqə 7,599 saniyə nəticə ilə 13-cü yeri tutub. Qalib adını isə 23 dəqiqə 23,823 saniyə göstərici ilə ukraynalı Mixaylo Koşman qazanıb. O, çexiyalı Lukaş Korandanı 1,164 saniyə geridə qoyub. Üçüncü yeri isə ispaniyalı Xose Luis Buza (23:55.173) tutub. Qeyd edək ki, Adnan Əliyev 1 nəfərlik qayıqla olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə 18-ci olub. | |
|
| |


