15:10 AMAF-ın texniki direktoru Leyla Əliyeva ECA-nın Konqresində iştirak edəcək | |
Martın 26-da Portuqaliyanın Portu şəhərində Avropa Kanoe Assosiasiyasının (ECA) Konqresi keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva təmsil edəcək. Konqresdə ECA prezidenti, vitse-prezidenti, İdarə Heyəti üzvləri, auditoru, Beynəlxalq Kanoe Federasiyası (İCF) Şurasının Avropa nümayəndələri seçiləcək. Eyni zamanda, ECA Nizamnaməsi və yarış qaydalarında dəyişikliklər üçün edilən təkliflərə münasibət bildiriləcək, qarşıdakı 2 ildə üzvlük haqqı, 2011-2012-ci illər üçün İnkişaf Proqramı və büdcə müzakirə olunacaq. Qeyd edək ki, ECA-ya 1993-cü ildən böyük britaniyalı Albert Vuds başçılıq edir. O, 9 - 13 martda Azərbaycanda səfərdə olub. | |
|
| |


