22:01 Azərbaycan Milli Avarçəkmə Federasiyası İrandan 50 ədəd baydarka və kanoe qayığı alıb | |
| Azərbaycan Milli Avarçəkmə Federasiyası avarçəkmənin infrastrukturunun möhkəmləndirilməsi istiqamətində növbəti addım atıb. Bu günlərdə İrandan daha 50 qayıq gətirilib. Qayıqlardan 30-u baydarka, 20-si isə kanoe növü ilə məşğul olan idmançılar üçün nəzərdə tutulub. Artıq 15 baydarka və 10 kanoe qayığı Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzinə göndərilib. Qayıqların qalanları isə Hərbi Dəniz Qüvvələri İdman Klubu nəzdində fəaliyyət göstərən avarçəkmə klubunun ixtiyarına verilib. | |
|
| |

