22:17 Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhoffu qəbul etmişdir | |
| Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29–da
Prezident sarayında Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix
Feldhoffu qəbul etmişdir. Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılmış, ölkəmizdə idmanın bütün sahələrinin, o cümlədən kanoe idman növünün də inkişaf etdirildiyi qeyd olunmuşdur. Mingəçevirdəki avarçəkmə təlim-məşq bazasının dünya standartlarına uyğun şəkildə yenidən qurulmasının əhəmiyyəti vurğulanmış, orada bir sıra beynəlxalq yarışların və təlim-məşq toplanışlarının keçirilməsi üçün yaxşı imkanların yaradılacağına əminlik ifadə olunmuşdur. Mənbə: www.azertag.com | |
|
| |

