22:41 Azərbaycan yığması beynəlxalq «Kiyev reqatası»na qatılacaq | |
| Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə milli komandası daha
bir beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Bu dəfə 18 yaşlılardan
ibarət yığmamız beynəlxalq «Kiyev reqatası»nda mübarizə aparacaq. Mayın
24-də Ukraynanın paytaxtı Kiyevdə start götürəcək yarışa 7 idmançımız
ezam olunacaq. Belə ki, 18 – 24 apreldə Rusiyanın Rostov şəhərində keçirilmiş «Don reqatası»nda gənclər arasında 4-cü yeri tutan Cavid Əfəndiyev Kiyevdə birnəfərlik qayıqlarda çıxış edəcək. Timur Kutseba – Aleksandr Qlotov və Fərman Əliyev – Kamran Yusubov duetləri 2 nəfərlik sükansız, Aleksandr Jdanov – Əbdülrəşid Mustafin dueti isə sükanlı qayıqda mübarizə aparacaq. Turnir iki gün davam edəcək. Komandamız Kiyevə mayın 23-də baş məşqçi Samir Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında yollanacaq. | |
|
| |

