22:36 Azərbaycanın akademik avarçəkəni Cavid Əfəndiyev «Don» reqatasında 4-cü yeri tutub | |
| Azərbaycanın 18 və 23 yaşadək yığma komandası Rusiyanın Rostov şəhərində
davam edən akademik avarçəkmə üzrə beynəlxalq «Don» reqatasında
mübarizə aparır. Artıq Rostovdan xoş xəbər almışıq. 18 yaşlıların
mübarizəsində birnəfərlik qayıqda çıxış edən Cavid Əfəndiyev 60 idmançı
arasında 4-cü yeri tutub. Yarımfinal səddini dəf edən C.Əfəndiyevin
həlledici mərhələdə mükafatçılar sırasına düşməsi üçün cüzi vaxtı
çatmayıb. 23 yaşadək idmançılar arasında 2 nəfərlik qoşa avarlı
qayıqlarda yüngül çəkidə mübarizə aparan Kamal Məmmədov – Fikrət
Məmmədov cütlüyü 10-cu, Cavid Əfəndiyev - Toğrul Qurbanzadə dueti isə
11-ci yeri tutub. İdmançılarımızın ölkəmizin xaricində qatıldıqları ilk nüfuzlu turnirdə göstərdikləri qənaətbəxş nəticə çoxsaylı təlim-məşq toplantılarının müsbət nəticəsi kimi dəyərləndirilməlidir. Bu, həm də yığmamızın əsas təlim-məşq bazası sayılan Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus idman klubunda avarçəkənlərimizin yüksək səviyyədə hazırlığı üçün yaradılan gözəl şərait nəticəsində mümkün olub. Buna görə də HDQ-nin komandanı, vitse-admiral Şahin Sultanova təşəkkür edirik. | |
|
| |

