22:39 Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası Azərbaycan çempionatı öncəsi son təlim-məşq toplantısına yollanacaq | |
| Rusiyanın Rostov şəhərində başa çatan beynəlxalq «Don» reqatasından
qayıdan Azərbaycanın akademik avarçəkənləri mayın 1-də Mingəçevir
şəhərinə növbəti təlim-məşq toplantısına yollanacaqlar. Baş məşqçi Samir
Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında keçiriləcək
hazırlıq prosesinə 11 idmançı qatılacaq. «Kür» Təlim-Tədris Mərkəzində təşkil olunacaq toplanışda Kamal Məmmədov, Fikrət Məmmədov, Dostməmməd Dostməmmədov, Cavid Əfəndiyev (hamısı Mingəçevir), Aleksandr Qlotov, Timur Kutseba, Toğrul Qurbanzadə, Kamran Yusubov, Fərman Əliyev, Aleksandr Jdanov, Əbdülrəşid Mustafin (hamısı Bakı) iştirak edəcək. Onlar milli komandaya yeni cəlb edilən və aprelin 20-dən Mingəçevirdə olan 8 akademik avarçəkənimizlə birgə hazırlaşacaqlar. Bu, idmançılarımızın mayın 9-da start götürəcək Azərbaycan çempionatı öncəsi son təlim-məşq toplantısı olacaq. Ölkə birinciliyi üç gün davam edəcək. | |
|
| |

