22:37 Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası beynəlxalq "Don" reqatasında çıxış edib | |
| Rusiyanın Rostov şəhərində keçirilən akademik avarçəkmə üzrə beynəlxalq
"Don" reqatasına yekun vurulub. Yarışda Rusiyanın 19 şəhər və
vilayətinın və Ermənistanın idmançıları ilə yanaşı, Azərbaycan yığma
komandası da mübarizə aparıb. Komandamızın heyətində yer alan 11
avarçəkən bir nəfərlik və iki nəfərlik qayıqlarda çıxış edıb.
Birnəfərlik qayıqlarda Dostməmməd Dostməmmədov və Toğrul Qurbanzadə, iki
nəfərlik qayıqlarda isə Kamran Yusubov - Fərman Əliyev dueti seçmə
mərhələdən finala adlaya bilməyib. Əvəzində bir nəfərlik qayıqlarda
Cavid Əfəndiyev həm gənclərin, həm də böyüklərin mübarizəsində hər
birində 6 idmançı olmaqla, A (1-6-cı yerlər) və B (7-12-ci yerlər)
qruplarından ibarət final mərhələsinə yüksəlib. Bununla yanaşı,
C.Əfəndiyev gənclərin yarışında A final qrupunda uğurla çıxış edərək,
4-cü yeri tutub. 2 nəfərlik qayıqlarda gənclərdən Timur Kutseba - Aleksandr Qlotov cütü seçmə mərhələdə 7-ci yeri tutaraq, B finalında çıxış etmək hüququ qazanıb. Son nəticədə isə o, 10-cu olub. Eyni yaş kateqoriyasında Aleksandr Jdanov - Əbdülrəşid Mustafin cütü isə 12-ci yerlə kifayətlənib. Böyüklərin mübarizəsində Kamal Məmmədov - Fikrət Məmmədov cütü 10-cu, Toğrul Qurbanzadə - Cavid Əfəndiyev dueti isə 11-ci yeri tutub. Onlar Ermənistan idmançılarından ibarət və dünya çempionatı təcrübəsinə malik Sarkis Karabaktyan - Makar Sarkisyan cütünü arxada qoyublar. Akademik avarçəkənlərimizin göstərdikləri nəticələrlə tanış olun: 1 nəfərlik sükanlı qayıqlar gənclər seçmə mərhələ (cəmi: 61 idmançı) VI yer. Cavid Əfəndiyev 7:33:42 dəq. final A IV yer. Cavid Əfəndiyev 7:52:53 dəq. böyüklər-yüngül çəki (cəmi: 39 idmançı) seçmə mərhələ X yer. Cavid Əfəndiyev 7:40:46 dəq. XIX yer. Toğrul Qurbanzadə 7:48:95 dəq. final B V yer. Cavid Əfəndiyev 7:30:23 dəq. böyüklər - ağır çəki (cəmi: 40 iştirakçı) seçmə mərhələ XXIV yer. Dostməmməd Dostməmmədov 7:37:42 dəq. 2 nəfərlik sükansız qayıqlar (cəmi: 24 iştirakçı) gənclər seçmə mərhələ VII yer. Timur Kutseba - Aleksandr Qlotov 7:37:95 dəq. XIII yer. Kamran Yusubov - Fərman Əliyev 7:43:39 dəq. Final B IV yer. Timur Kutseba - Aleksandr Qlotov 7:59:62 dəq. 2 nəfərlik sükanlı qayıqlar gənclər Final B VI yer. Aleksandr Jdanov - Əbdülrəşid Mustafin 9:11:67 dəq. böyüklər yüngül çəki III yarımfinal IV yer. Toğrul Qurbanzadə - Cavid Əfəndiyev 7:41:87 dəq. II yarımfinal III yer. Kamal Məmmədov - Fikrət Məmmədov 7:37:84 dəq. Final B IV yer. Kamal Məmmədov - Fikrət Məmmədov 7:13:06 dəq. V yer. Toğrul Qurbanzadə - Cavid Əfəndiyev 7:14:31 dəq. | |
|
| |

