22:22 Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası beynəlxalq «Don» reqatasında mübarizə aparacaq | |
| Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə yığma komandası
Rusiyanın Rostov şəhərində keçiriləcək beynəlxalq «Don reqatası»na
qatılacaq. Aprelin 17-də start götürəcək yarışa millimiz 11 idmançı ilə
yollanacaq. Akademik avarçəkənlərimizdən 3-ü – Cavid Əfəndiyev, Toğrul
Qurbanzadə, Dostməmməd Dostməmmədov bir nəfərlik qayıqlarda mübarizə
aparacaq. Qalan 8 nəfərə gəldikdə, Fikrət Məmmədov – Kamal Məmmədov və
Aleksandr Jdanov – Rəşid Mustafin duetləri 2 nəfərlik sükanlı
qayıqlarda, Timur Kutseba – Aleksandr Qlotov və Kamran Yusubov – Fərman
Əliyev cütləri isə 2 nəfərlik sükansız qayıqlarda qüvvəsini sınayacaq. Akademik avarçəkənlərimiz turnirə aprelin 12-də baş məşqçi Samir Məmmədov və onun köməkçisi Aleksandr Barabanovun rəhbərliyi altında yollanacaqlar. Erkən səfərə çıxmaqda məqsəd yerli şəraitə uyğunlaşmaq və yarışöncəsi hazırlıq prosesi keçməkdən ibarətdir. Qeyd edək ki, 2006-cı il dekabrın 9-da təsis olunan Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) bu ildən beynəlxalq turnirlərə, Avropa və dünya çempionatlarında təmsil olunmağı qərara alıb. Artıq 26 – 30 martda Mingəçevir şəhərində dörd ölkənin iştirakı ilə «Prezident kuboku» reqatasını təşkil edən AMAF üçün «Don reqatası» qarşıdakı mötəbər yarışlara hazırlıq xarakteri daşıyacaq. | |
|
| |

