22:31 Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına yeni idmançılar cəlb olunub | |
Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına yeni idmançılar
cəlb olunub. Bakı şəhərinin müxtəlif klublarının tərkibində məşğul olan
avarçəkənlərdən 8-i aprelin 20-də Mingəçevir şəhərinə təlim-məşq
toplantısına aparılacaq. Onlar Aleksandr Maksimov, Nicat Mehdiyev, Telman Həbibli, Turqay Məmmədov, Sərxan Hüseynov, Xəyal Zülfüqarov, Orxan Kərimov və Kamil Quliyev olacaq. Yeni idmançılar, həmçinin mayın 9-da start götürəcək Azərbaycan çempionatına da qatılacaqlar. Həmin vaxt əsas yığmamız Rusiyanın Rostov şəhərində keçiriləcək beynəlxalq «Don» reqatasında mübarizə aparacağından, toplanışa bir həftə sonra qoşulacaq. «Kür» Təlim-Tədris Mərkəzində keçiriləcək hazırlıq prosesi 20 gün davam edəcək. | |
|
| |


Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına yeni idmançılar
cəlb olunub. Bakı şəhərinin müxtəlif klublarının tərkibində məşğul olan
avarçəkənlərdən 8-i aprelin 20-də Mingəçevir şəhərinə təlim-məşq
toplantısına aparılacaq.