22:23 Azərbaycanın baydarka və kanoeçiləri ölkə çempionatı öncəsi təlim-məşq toplantısı keçirəcəklər | |
| Azərbaycanın baydarka və kanoe üzrə yeniyetmə (U-18) və gənclərdən
(U-23) ibarət yığma komandaları aprelin 20-də Mingəçevir şəhərinə
növbəti təlim-məşq toplantısına yollanacaq. «Kür» Təlim-Tədris
Mərkəzində 19 gün davam edəcək toplanışda məşqçilər heyəti 12 idmançının
xidmətindən yararlanacaq. Onlardan yarısı – Qulam Səlimov, Habil İsmayılzadə, Rüfət Vəliyev, Elvin Cəfərov, Emin Cəfərov və Əhməd Yusifov yeniyetmələr, qalan hissəsi – Fikrət Zeynalov, Ruslan Lokov, Elçin Serov, Elçin Yusifov, Samir Həmidov və Elmar Məmmədov gənclərdən ibarət yığmamızın heyətində yer alacaqlar. Hazırlıq prosesinin ardından baydarka və kanoeçilərimiz Mingəçevirdə start götürəcək Azərbaycan çempionatına qatılacaqlar. | |
|
| |

