17:07 Beynəlxalq “Mingəçevir Reqatası-2011”in mükafatçıları | |
| 17 yaşlı kayakçımız 3 qızıl, 1 bürünc medal qazandı Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Mingəçevir Reqatası-2011”ə yekun vurulub. Mingəçevir şəhərindəki "Kür” Olimpiya Mərkəzində təşkil olunmuş yarışda 5 ölkə mübarizə aparıb. Azərbaycan idmançıları hər üç növ üzrə mübarizədə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan təmsilçilərini geridə qoyublar. Ən çox medala Tamerlan Mustafayev layiq görülüb. 17 yaşlı idmançımız 1 nəfərlik qayıqla həm 18 yaşadək, həm də 23 yaşadək kayakçıların mübarizəsində 1000 metr məsafəyə yürüşdə 2 qızıl, 18 yaşadək kayakçıların mübarizəsində 500 metr məsafəyə yürüşdə 1 qızıl, 200 metr məsafəyə yürüşdə isə bürünc medal qazanıb. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış 3 kanoeçimiz və 2 akademik avarçəkənimiz də reqataya qatılıb. Kanoeçilərimizdən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla həm 500 metr, həm də 200 metr məsafələrə yürüşdə qızıl medala sahib olub. 3 qat dünya və 3 qat Avropa çempionumuz Valentin Demyanenko cəmi 1 medalla kifayətlənib. Onun Nikita Sablinlə təşkil etdiyi duet 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. 23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafəyə yürüşlərində Andrey Kraytor hamıdan üstün olub. 23 yaşadək kişi akademik avarçəkənlərin mübarizəsinə qatılan Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla, eləcə də onun Boris Yotovla təşkil etdiyi duet 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşlərdə qızıl medala yiyələnib. Digər olimpiya lisenziyasının sahibi Nataliya Mustafayeva isə qadınların yarışında 1 nəfərlik qayıqla yürüşdə hamıdan üstün olub. Akademik avarçəkmə 18 yaşadək (U-18) Məsafə: 1000 metr Oğlanlar 1 nəfərlik qayıq (1X) 1. Boris Yotov (Mingəçevir) – 3:42.08 2. Nikoloz Kandelaki (Gürcüstan) – 3:47.54 3. Emin Əliyev (Mingəçevir) – 3:48.74 2 nəfərlik sükansız qayıq (2-) 1. Novruz Əliyev – Bayram Əliyev (Bakı) – 3:38.37 2. Nurlan Mahmudov – Orxan Bayramov (Mingəçevir) – 3:38.78 3. Ülfət İmanzadə - Nurlan Nəbiyev (Mingəçevir) – 4:39.58 2 nəfərlik qoşa avarlı qayıq (2X) 1. Kamal Xanlarov - Fərid Saadov (Mingəçevir) - 3:40.63 2. Tahir Əfəndiyev - Ülvi Salmanzadə (Mingəçevir) - 3:43.59 3. Emin Əliyev - Ülvi Paşabəyli (Mingəçevir) - 3:49.16 23 yaşadək (U-23) 1 nəfərlik qayıq (1X) 1. Aleksandr Aleksandrov (Mingəçevir) – 3:45.88 2. Fuad Mirzəyev (Mingəçevir) – 3:46.94 3. Turnike Sinataşvili (Gürcüstan) – 3:49.94 2 nəfərlik sükansız qayıq (2-) 1. Sergey Babayev – Roman Veselkin (Rusiya) – 3:46.47 2. Aleksey Rıjikov – Andrey Stolyarov (Rusiya) – 3:51.59 3. İqor Borozdinov – Pavel Çeklişkin (Rusiya) – 3:56.15 2 nəfərlik qoşa avarlı qayıq (2X) 1. Aleksandr Aleksandrov – Boris Yotov (Mingəçevir) – 3:39.12 2. Laşa Motiaşvili – Georgi Motiaşvili (Gürcüstan) – 3:53.25 4 nəfərlik qoşa avarlı qayıq (4X) 1. Kamal Xanlarov – Tahir Əfəndiyev – Fərid Saadov – Ülvi Salmanzadə (Mingəçevir) – 3:40.32 2. Ülvi Paşabəyli – Babək Abbasov – Elmin Sadıqov – Elmin Allahverdiyev (Mingəçevir) – 3:46.12 3. Asif Həşimov – Fəxri Əliyev – İsmayıl Əhmədli – Mehdi Hüseynov (Mingəçevir) – 3:52.56 4 nəfərlik sükansız qayıq (4-) Qarışıq (U-18 + U-23) 1. Danila Boynov – İvan Balandin – Nikolay Balandin – Dmitri Serov (Rusiya) – 3:29.54 2. Nurlan Məmmədov – Orxan Bayramov – Novruz Əliyev – Bayram Əliyev (Mingəçevir) – 3:36.37 1999-2000-ci il təvəllüdlülər Məsafə: 500 metr 2 nəfərlik qoşa avarlı qayıqlar (2X) 1. Kənan Manidov – Hüseyn Nəbiyev (Mingəçevir) – 2:31.13 2. Rüstəm Məmmədli – Cavidan Əzizli (Mingəçevir) – 2:41.71 3. Ülvi Məmmədli – Məsim Sahibli (Mingəçevir) – 2:57.52 Qızlar Məsafə: 1000 metr 1 nəfərlik qayıq (W1X) Qarışıq (U-18 + U-23) 1. Nataliya Mustafayeva (Mingəçevir) – 4:03.92 2. İskra Angelova (Mingəçevir) – 4:14.85 3. Diana Dımçenko (Ukrayna) – 4:15.16 23 yaşadək (U-23) 2 nəfərlik sükansız qayıq (W2-) 1. İskra Angelova – Viktoriya Nençova (Mingəçevir) – 4:01.43 2. Lyubov Staşko – Anna Kontsevaya (Ukrayna) – 4:05.36 3. Oksana Qolub – Anna Qutsalenko (Ukrayna) – 4:08.06 Kanoe Məsafə: 1000 metr 18 yaşadək (U-18) 1. Aleksey Kupin (Mingəçevir) – 4:54.42 2. Elvin Cəlalov (Mingəçevir) – 6:03.96 3. Nikita Sablin (Mingəçevir) – starta çıxmayıb 23 yaşadək (U-23) 1 nəfərlik qayıq (C-1) 1. Boqdan Kurudz (Mingəçevir) – 4:28.84 2. İqor Kapinus (Ukrayna) – 4:28.20 3. Zaza Nadiradze (Gürcüstan) – 4:46.37 Məsafə: 500 metr 18 yaşadək (U-18) 1 nəfərlik qayıq (C-1) 1. İqor Delistianov (Mingəçevir) – 2:10.58 2. Georgi Çinqaraşvili (Gürcüstan) – 2:18.43 3. İxtiyar Qasımov (Mingəçevir) – 2:30.42 23 yaşadək (U-23) 1 nəfərlik qayıq (C-1) 1. Andrey Kraytor (Mingəçevir) – 2:01.22 2. İqor Kapinus (Ukrayna) – 2:04.06 3. Zaza Nadiradze (Gürcüstan) – 2:07.96 2 nəfərlik qayıq (C-2) Qarışıq 1. Sergey Bezuqlıy – Maksim Prokopenko (Mingəçevir) – 2:05.73 2. Aleksey Kupin – İqor Delistianov (Mingəçevir) – 2:13.47 3. Georgi Çinqaraşvili – Georgi Şaburaşvili (Gürcüstan) – 2:27.06 Məsafə: 200 metr 18 yaşadək (U-18) 1 nəfərlik qayıq (C-1) 1. Nikita Sablin (Mingəçevir) – 51:10 2. İxtiyar Qasımov (Mingəçevir) – 57:16 3. Ümidvar Bayramov (Mingəçevir) – 1:02.24 23 yaşadək (U-23) 1 nəfərlik qayıq (C-1) 1. Andrey Kraytor (Mingəçevir) - 44.78 2. İqor Kapinus (Ukrayna) – 47.76 3. Zaza Nadiradze (Gürcüstan) – 48.64 Qarışıq 2 nəfərlik qayıq (C-2) 1. Sergey Bezuqlıy – Maksim Prokopenko (Mingəçevir) – 43.51 2. Nikita Sablin – Valentin Demyanenko (Mingəçevir) – 46.01 3. Aleksey Kupin – İqor Delistianov (Mingəçevir) – 47.73 Kayak Oğlanlar Məsafə: 1000 metr 1 nəfərlik qayıq (K-1) 18 yaşadək (U-18) 1. Tamerlan Mustafayev (Mingəçevir) – 4:00.00 2. Yasin Əhmədov (Mingəçevir) – 4:02.00 3. Erkan Engin (Türkiyə) – 4:02.10 23 yaşadək (U-23) 1. Mirnazim Cavadov (Bakı) – 3:57.82 2. Öztürk Kuru (Türkiyə) – 3:59.49 3. Rüfət Vəlizadə (Bakı) – 4:00.18 2 nəfərlik qayıq (K-2) Məsafə: 1000 metr 18 yaşadək (U-18) 1. Yasin Əhmədov – Amil Hüseynli (Mingəçevir) – 4:08.78 2. Yavuz Bozkurt – Erkan Engin (Türkiyə) – 4:10.91 3. Rəsul Cəfərli – Təbriz Qurbanov (Mingəçevir) – 4:44.65 Məsafə: 500 metr 18 yaşadək (U-18) 1. Tamerlan Mustafayev (Mingəçevir) – 2:05.21 2. Badri Kavelaşvili (Gürcüstan) – 2:06.59 3. Yavuz Bozkurt (Türkiyə) – 2:08.42 2 nəfərlik qayıq (K-2) 1. Vahid Həsənov – Aleksandr Piçugin (Bakı) – 1:58.76 2. Yavuz Bozkurt – Engin Erkan (Türkiyə) – 2:05.24 3. Georgi Martoleki – Georgi Tabatadze (Gürcüstan) – 2:07.82 23 yaşadək (U-23) 1 nəfərlik qayıq (K-1) 1. Mirnazim Cavadov (Bakı) - 1:42.76 2. Öztürk Kuru (Türkiyə) - 1:45.68 3. Rüfət Vəlizadə (Bakı) - 1:46.38 2 nəfərlik qayıq (K-2) 1. Mirnazim Cavadov – Rüfət Vəlizadə (Bakı) – 1:58.00 2. Çağrıbəy Yıldırım – Mustafa Gülbahar (Türkiyə) – 1:58.01 3. Elvin Cəfərov – Emin Cəfərov (Mingəçevir) – 2:01.00 Məsafə: 200 metr 18 yaşadək (U-18) 1 nəfərlik qayıq (K-1) 1. Badri Kavelaşvili (Gürcüstan) – 43.20 2. Mustafa Gülbahar (Türkiyə) – 43.58 3. Tamerlan Mustafayev (Mingəçevir) – 44.16 2 nəfərlik qayıq (K-2) 1. Yasin Əhmədov (Bakı) - Amil Hüseynli (Mingəçevir) - 41.30 2. Rəsul Cəfərli - Təbriz Qurbanov (Mingəçevir) - 44.24 3. Georgi Martoleki - Georgi Tabatadze (Gürcüstan) - 47.39 23 yaşadək (U-23) 1 nəfərlik qayıq (K-1) 1. Mirnazim Cavadov (Bakı) – 40.28 2. Mustafa Gülbahar (Türkiyə) – 42.77 3. Emin Cəfərov (Mingəçevir) – 44.77 23 yaşadək (U-23) 2 nəfərlik qayıq (K-2) 1. Yıldırım Çağrıbəy – Mustafa Gülbahar (Türkiyə) – 38.27 2. Mirnazim Cavadov – Tamerlan Mustafayev (Bakı) – 39.84 3. Emin Cəfərov – Elvin Cəfərov (Mingəçevir) – 41.72 Qızlar Məsafə: 500 metr 18 yaşadək (U-18) 1. Yekaterina Şaburaşvili (Gürcüstan) – 2:17.91 2. Nuriyə Axundova (Bakı) – 2:25.53 3. Gülsüm Qafarova (Bakı) – 2:54.00 Məsafə: 200 metr 1. Nuriyyə Axundova (Bakı) – 57.93 2. Yekaterina Şaburaşvili (Gürcüstan) – 58.99 3. Gülsüm Qafarova (Bakı) – 1:08.08 | |
|
Kategoriya: Akademik avarçəkmə |
Baxılıb: 114 |
| |

