22:35 Bu gün «Kür» Olimpiya Avarçəkmə Bazasının yaradıcısı Pərviz Həsənovun anadan olmasının 85-ci ildönümüdür | |
Bu gün hələ uşaq yaşlarından ömrünü böyük idmana, xüsusən avarçəkməyə
həsr etmiş mərhum Pərviz Xosrov oğlu Həsənovun anadan olmasının 85-ci
ildönümüdür. 1923-cü il aprelin 15-də Bakı şəhərində doğulan P.Həsənov
«Dinamo» cəmiyyətinin basketbol üzrə yeniyetmələrdən ibarət
komandasının, 1947-ci ildə isə «Bolşevik» cəmiyyətinin voleybol
komandasının heyətində paytaxt çempionu adını qazanıb. 1941-ci ildə
Böyük Vətən müharibəsi başlarkən, o, Suxumi pulemyot məktəbinə daxil
olub. Bir ildən sonra isə Şimali Qafqazda yerləşən keçmiş SSRİ qoşun
bölmələrində tağım komandiri vəzifəsində çalışıb. 1943-cü ilin mayında
ağır yaralanaraq, hospitala yerləşdirilib. Sağaldıqdan sonra kiçik
leytenant Həsənov Bakı şəhərinin Voroşilovqrad rayonuna hərbi idman
işləri üzrə komsomol komitəsinin katibi vəzifəsinə göndərilib və 1947-ci
ilədək bu vəzifədə çalışıb. 1947 – 1958-ci illərdə «Bolşevik»
cəmiyyətində əvvəlcə voleybolçu, sonra isə voleybol məşqçisi kimi
fəaliyyət göstərib, 1957-ci ildə Azərbaycan çempionu olub. 1959 – 1961-ci illərdə Keşlə Maşınqayırma zavodunun baş təlimatçısı ikən
SSRİ xalqlarının II Spartakiadasında iştirak edib. P.Həsənovun avarçəkmə növləri ilə sıx bağlılığı isə 1963-cü ildə Mingəçevir şəhər İdman Şurasına sədr təyin olunması ilə başlanıb. O, «Kür» Olimpiya Avarçəkmə Bazasının banisi və inşasının rəhbəri, sonra isə idman qurğusunun ilk direktoru olub. Məhz Pərviz Xosrov oğlunun ciddi təşəbbüsü sayəsində «Kür» çayının sol sahilində keçmiş SSRİ-nin bir çox respublikalarından olan avarçəkənlərin hazırlığı üzrə müstəsna idman kompleksi tikilib. O, 1963 – 1970-ci illərdə avarçəkmə üzrə Azərbaycan
SSR və SSRİ yığma komandasının rəisi vəzifəsində çalışıb. Həmin dövrdə
SSRİ-nin avarçəkmə üzrə yığma komandasının XVIII Tokio və XIX Mexiko Yay
Olimpiya Oyunlarına, habelə Azərbaycan SSR yığma komandasının SSRİ
xalqlarının IV – VIII Yay Spartakiadalarına hazırlığını təmin edib. 1972
– 78-ci illərdə isə Azərbaycan SSR-in avarçəkmə üzrə yığma komandasına
baş məşqçi olub. Yetirmələri SSRİ çempionatlarının qızıl, gümüş və
bürünc mükafatlarını qazanıblar. Məşqçilik fəaliyyəti ilə yanaşı,
beynəlxalq dərəcəli hakim kimi 1979-cu ildə yeniyetmələr arasında
akademik avarçəkmə üzrə dünya çempionatını idarə edib. 1980-ci ildə
Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında isə akademik avarçəkmə
yarışlarının final mərhələsinin hakimi olub. 1984 – 1987-ci illərdə
«Məhsul» cəmiyyəti respublika şurasının baş məşqçisi, «Vodnik»
yaxt-klubunun direktoru, 2002-ci ilədək isə «Spartak» cəmiyyətinin
təlimatçısı vəzifələrində çalışıb. Ona həvalə olunan bütün vəzifələrdə bacarıqlı təşkilatçı və prinsipial rəhbər kimi özünü göstərən P.Həsənovun əməyi dövlət tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının akademik avarçəkmə üzrə əməkdar məşqçisi, əməkdar bədən tərbiyəsi və idman işçisi, ümumittifaq dərəcəli hakim, Həmkarlar İttifaqları bədən tərbiyəsi hərəkatının fəalı, SSRİ Həmkarlar İttifaqı idmanının fəxri veteranı, Milli Olimpiya
Komitəsinin, Gənclər və İdman Nazirliyinin Veteranlar Şurasının üzvü
kimi fərqləndirilib. Böyük Vətən müharibəsi əlili kimi Vətən
müharibəsinin I və II dərəcəli ordenləri və 13 medalla təltif olunub. XX
əsrdə Azərbaycanın akademik avarçəkmə üzrə ən yaxşı məşqçisi adına
layiq görülüb. Pərviz Xosrov oğlu Həsənov 17 mart 2002-ci ildə dünyasını dəyişib. Allah rəhmət eləsin | |
|
| |

Bu gün hələ uşaq yaşlarından ömrünü böyük idmana, xüsusən avarçəkməyə
həsr etmiş mərhum Pərviz Xosrov oğlu Həsənovun anadan olmasının 85-ci
ildönümüdür. 1923-cü il aprelin 15-də Bakı şəhərində doğulan P.Həsənov
«Dinamo» cəmiyyətinin basketbol üzrə yeniyetmələrdən ibarət
komandasının, 1947-ci ildə isə «Bolşevik» cəmiyyətinin voleybol
komandasının heyətində paytaxt çempionu adını qazanıb. 1941-ci ildə
Böyük Vətən müharibəsi başlarkən, o, Suxumi pulemyot məktəbinə daxil
olub. Bir ildən sonra isə Şimali Qafqazda yerləşən keçmiş SSRİ qoşun
bölmələrində tağım komandiri vəzifəsində çalışıb. 1943-cü ilin mayında
ağır yaralanaraq, hospitala yerləşdirilib. Sağaldıqdan sonra kiçik
leytenant Həsənov Bakı şəhərinin Voroşilovqrad rayonuna hərbi idman
işləri üzrə komsomol komitəsinin katibi vəzifəsinə göndərilib və 1947-ci
ilədək bu vəzifədə çalışıb. 1947 – 1958-ci illərdə «Bolşevik»
cəmiyyətində əvvəlcə voleybolçu, sonra isə voleybol məşqçisi kimi
fəaliyyət göstərib, 1957-ci ildə Azərbaycan çempionu olub. 

Həmkarlar İttifaqı idmanının fəxri veteranı, Milli Olimpiya

layiq görülüb.