13:44 Dünya çempionatına hazırlıq başladı | |
| Avqustun 19-da Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Mötəbər yarışa hazırlıq
məqsədilə Azərbaycanın 4 kanoeçisi milli komandamızın baş məşqçisi
Aleksandr Kolıbelnikovun rəhbərliyi altında təlim-məşq toplantısına
başlayıblar. Hazırlıq prosesi üçün Bolqarıstan paytaxtı Sofiyadan 200 km
uzaqlıqda olan Bilmiken kurort bazası seçilib. Toplanışa Avropa və dünya çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenko, eləcə də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Adnan Əliyev cəlb olunublar. Bilmikendəki məşqlərdən sonra dünya çempionatında çıxış edəcək kanoeçilərimiz müəyyənləşəcək. Onlar çempionatın keçiriləcəyi məkana – Poznan şəhərinə yollanacaqlar. Dünya çempionatına avqustun 22-də yekun vurulacaq. Qeyd edək ki, 2 – 4 iyulda İspaniyanın Trasona şəhərində təşkil olunmuş Avropa çempionatında ölkəmizi Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edib. Onlar 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıblar. | |
|
| |

