| AMAF | Mob: (+99455) 262-73-99 Tel: (+99412) 4653325 Fax: (+99412) 4982167 E-mail: pressa[at]amaf.az Bu sayt Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytıdir və bütün müəllif hüquqları qorunur. Saytda yerləşdirilən hər hansı məlumatdan istifadə zamanı istinad vacibdir. © 2007 - 2012 |
Bazar, 20.05.2012, 09:47 Saytımıza xoş gəlmişsiniz!
Polşanın Poznan şəhərində keçirilən Dünya Kubokunun I mərhələsində Azərbaycan kanoeçiləri Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko duetləri çıxış etdikləri bütün məsafələrə yürüşlərdə finala yüksəliblər. Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metrlik məsafənin ardından olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə də finişə birinci çatıb. C-1 kateqoriyalı qayıqla ən qısa məsafəyə yürüşlərə 37 kanoeçi qatılıb. Onlar 5 yarımqrupda mübarizəyə başlayıblar. 20 yaşlı kanoeçimiz seçmə yürüşdə 200 metr məsafəni 42,614 saniyəyə qət edib. O, kanadalı Ceyson Makkumbs (42,986), ukraynalı Aleksandr Maksimçuk (43,162), belaruslu Denis Xaraja (43,742), polşal ... Ətraflı »
|
 Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan milli komandası ilk medalını qazanıb. 2 nəfərlik kanoe qayığı (C-2) ilə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr məsafəyə əsas final (Final A) yürüşündə bürünc medala sahib olub. Onlar finişə 3 dəqiqə 50,798 saniyəyə çataraq yalnız almaniyalı Peter Kretşmer – Kurt Kuşela (3:47.706) və Tomaş Vılençek – Ştefan Holts (3:47.750 ... Ətraflı »
|
Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb. Yarışda Azərbaycanı 4 kanoeçi – Adnan Əliyev, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir. İlk yarış günündə Bezuqlıy – Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr, Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşlərdə finala yüksəlib. Əliyev isə 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə mübarizəni yarımfinalda dayandırıb. Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmış kanoeçi duetimiz 1000 metrlik məsafəyə seçmə yürüşü 3 dəqiqə 58,218 saniyəyə qət edərək, ... Ətraflı »
|
Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürüb. Yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılıb. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə bu məsafəni 4 dəqiqə 11,489 saniyəyə qət edərək, 6-cı olub. O, birbaşa finala adlaya bilməsə də, yarımfinalda da mübarizə aparıb. Bu dəfə isə Əliyev finişə 4 dəqiqə 14,416 saniyəyə çatıb. Finala ilk 3 yeri tutanlar yüksəliblər. Kanoeçimiz ... Ətraflı »
|
 Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycanı 4 kanoeçi təmsil edəcək. Bunlar Sergey Bezuqlıy, Maksim Prokopenko, Adnan Əliyev və Andrey Kraytordur. Kraytor 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr, Əliyev 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Bezuqlıy – Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 200 metr, 500 metr ... Ətraflı »
|
 Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürəcək. İki gün davam edəcək yarışda Azərbaycanı kanoeçi Adnan Əliyev təmsil edəcək. O, 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Yarışın ilk günündə seçmə və yarımfinal, ertəsi gün final yürüşü olacaq. Yekunda Əliyev ilk 2 pillədən biri ... Ətraflı »
|
 Mingəçevir şəhərində keçirilən Beynəlxalq "Prezident Kuboku-2012” Reqatasında kayak və kanoeçilərin mübarizəsinə yekun vurulub. Kayakçıların yarışında Azərbaycan, Türkiyə, Ukrayna və Gürcüstanın kişi və qadın təmsilçiləri mübarizə aparıblar. Kanoeçilərin mübarizəsində isə Azərbaycan və Gürcüstan təmsil olunub. Onlar 1000 metr, 500 metr və 200 metr məsafəyə yürüşlərdə iştirak ediblər. Bütün yürüşlərdə Azərbaycan idmançıları mükafatçıl ... Ətraflı »
|
 Azərbaycan kanoeçisi, 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıqları barədə danışıb. 29 yaşlı idmançımız Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində iyulun 27-də start götürəcək olimpiadaya hazırlığın plan üzrə getdiyini bildirib. O, tərtib olunan qrafikə əsasən, həm fiziki hazırlıq, həm də dözümlülük üzərində çalışdıqlarını söyl ... Ətraflı »
|
 2012-ci il London Yay Olimpiya Oyunlarında kanoe növündə 3 dəst medal sahibini tapacaq. Olimpiadada Azərbaycan milli komandasının üzvlərindən Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə iştiraklarını artıq təmin ediblər. 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə isə hələlik kanoeçilərimizdən heç kim olimpiya lisenziyası qazana bilməyib. Ötən ... Ətraflı »
|
Azərbaycanın kanoe üzrə milli komandası fevralın 19-da Bolqarıstandakı Belmeken bazasına təlim-məşq toplantısına yollanacaq. Yığmamız baş məşqçi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin rəhbərliyi altında səfərə çıxacaq. Martın 10-dək davam edəcək toplanışa 5 kanoeçimiz qatılacaq. Bunlar 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, 2010-cu ilin Avropa çempionları və son dünya çempionatının mükafatçıları Sergey Bezuqlıy və Maksim Prokopenko, gənclər arasında Avropa çempionu Andrey Kraytor, eləcə də istedadlı kanoeçimiz Boqdan Kurudzdur. Belmekendə keçiriləcək toplanış kanoeçilərimizin fiziki hazırlığının yüksəldilməsini nəzər ... Ətraflı »
|
|
|