22:11 Kayakçılarımız da hazırlığa başladılar | |
| Azərbaycanın kayak qayıqlarında avarçəkmə üzrə oğlan və qızlardan ibarət yığma komandasının Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təlim-məşq toplantısı başlayıb. Baş məşqçi Yohan Tsülke və məşqçi Larisa Axundovanın rəhbərliyi altında keçirilən hazırlıq prosesinə 12 kayakçı cəlb olunub. Onlardan 3-ü – Yaqut Məmmədova, Ağca Məmmədova və Nuriyə Axundova qızdır. Oğlan kayakçılarımızın tərkibində isə Mirnazim Cavadov, Vahid Həsənov, Rüfət Vəlizadə, Tamerlan Mustafayev, Ramil Məmmədov kimi nüfuzlu beynəlxalq yarışların iştirakçıları və Boqdan Qlazov, Aleksandr Piçugin, Yasin Əhmədov, Amil Hüseynov kimi perspektivli idmançılar yer alıb. Oktyabrın 26-dək davam edəcək toplanış noyabrın ortalarında keçiriləcək ənənəvi Beynəlxalq Mingəçevir reqatasına hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, artıq 16 akademik avarçəkənimiz də baş məşqçi Rudiger Hauffe, məşqçilər Samir Məmmədov və Janna Məmmədovanın rəhbərliyi altında Mingəçevirdə təlim-məşq toplantısındadırlar. Onların hazırlıq prosesi oktyabrın 17-də yekunlaşacaq. | |
|
| |

