21:54 «Prezident Kuboku» reqatası ilə əlaqədar toplantı keçirilib | |
Martın 26-da Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzində start
götürəcək «Prezident Kuboku» reqatası ilə əlaqədar bu gün Azərbaycan
Milli Avarçəkmə Federasiyasının (AMAF) toplantısı keçirilib. AMAF-ın
prezidenti Elçin Zeynalov ilk dəfə keçiriləcək yarışa dörd ölkənin 18 və
23 yaşadək yığma komandalarının qatılacağını bildirib. Akademik avarçəkmə, baydarka və kanoe növlərində təşkil olunacaq «Prezident Kuboku» reqatasında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan və İran yığmaları da iştirak edəcəklər. Artıq Rusiyanın akademik avarçəkmə üzrə yeniyetmə qız və oğlanlardan ibarət yığmaları, habelə böyüklərdən ibarət ikinci milli komandası fevralın 16-dan Mingəçevirdə təlim-məşq toplantısındadır. Yarışda Rusiyanı təmsil edəcək avarçəkənlər məhz onların arasından seçiləcək. Azərbaycanın akademik avarçəkmə, baydarka və kanoe üzrə 18 və 23 yaşadək yığmaları da martın 13-dən Mingəçevirdə olacaqlar. Turnirin ilk iki günü ərzində akademik avarçəkənlər mübarizə aparacaqlar. Martın 28-i istirahət günü olacaq. Sonrakı iki gün ərzində isə baydarka və kanoeçilər qüvvələrini sınayacaqlar. Hər bir növ və yaş kateqoriyası üzrə yarışın qaliblərinə kuboklar, diplomlar və qiymətli hədiyyələr veriləcək. E.Zeynalov «Prezident Kuboku» reqatasını ənənəvi keçirmək, gələcəkdə bu turniri Beynəlxalq Avarçəkmə Federasiyası və Beynəlxalq Kanoe Federasiyasının (İCF) rəsmi təqvim-planına salmaq istədiklərini açıqlayıb. O, həmçinin ilk yarışı izləyənlər arasında İCF-in prezidenti Ulrix Feldhoffun da olacağını bildirib. Belə ki, martın 28-də Azərbaycana səfərə gələcək U.Feldhoff ölkəmizdə üç gün olacaq. Daha sonra çıxış edən akademik avarçəkmə, baydarka və kanoe üzrə yığma komandalarımızın məşqçiləri az öncə başa çatan təlim-məşq toplantısının nəticələri haqda məlumat veriblər. Onlar ardıcıl hazırlıq proseslərinin idmançıların çıxışlarına müsbət təsir göstərdiklərini bildiriblər. Məşqçilər «Prezident Kuboku» reqatasında yığma komandalarımızın uğurla çıxış edəcəklərinə inam ifadə ediblər. | |
|
| |


Martın 26-da Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzində start
götürəcək «Prezident Kuboku» reqatası ilə əlaqədar bu gün Azərbaycan
Milli Avarçəkmə Federasiyasının (AMAF) toplantısı keçirilib. AMAF-ın
prezidenti Elçin Zeynalov ilk dəfə keçiriləcək yarışa dörd ölkənin 18 və
23 yaşadək yığma komandalarının qatılacağını bildirib.