21:34 Sergey Bezuqlıy – Maksim Prokopenko duetindən dünya çempionatında daha bir final | |
| Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri Sergey
Bezuqlıy və Maksim Prokopenko uğurlu çıxışlarını davam etdirirlər. 2
nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Bezuqlıy – Prokopenko
dueti 200 metr məsafəyə yürüşdə də əsas finala yüksəlib. Azərbaycanlı cütlük seçmə mərhələ yürüşündə 2-ci yeri tutaraq, yarımfinala çıxıb. Növbəti mərhələdə isə idmançılarımız yenə eyni nəticəni göstərib və həlledici yürüşdə iştirak hüququ qazanıb. Seçmə mərhələdə 200 metr məsafəni 38 saniyə 468 mikrosaniyəyə qət etmiş Bezuqlıy – Prokopenko dueti yarımfinalda finişə 0,631 saniyə tez çatıb. Beləliklə, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti dünya çempionatında çıxış etdiyi hər üç məsafədə finalda çıxış etmək hüququ qazanıb. Artıq 1000 metr məsafəyə final yürüşünü 5-ci pillədə başa vuran kanoeçilərimiz avqustun 22-də 500 metr və 200 metr məsafələrə həlledici yürüşlərin iştirakçıları sırasında olacaqlar. Bezuqlıy – Prokopenko cütlüyü Bakı vaxtı ilə saat 14:14-də 500 metr, saat 16:29-da isə 200 metr məsafəyə final yürüşünə qatılacaq. Texniki nəticələr Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı 2 nəfərlik kanoe qayığı (C-2) Məsafə: 200 metr Seçmə mərhələ 1. Yevgeni İqnatov – İvan Ştıl (Rusiya) – 36.980 2. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 38.468 3. Pavel Skovronski – Pavel Baraşkeviç (Polşa) – 38.784 4. Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) – 38.848 5. Vyaçeslav Stepanov – Comərt Satubaldin (Qazaxıstan) – 39.076 6. Gerasim Koçnev – Serik Mirbekov (Özbəkistan) – 40.208 7. Conatan Tafra – Fabian Lopes (Çili) – 40.548 1-ci yerin sahibi birbaşa əsas finala, 2 – 7-ci yerləri tutanlar yarımfinala çıxıb. Yarımfinal 1. Roleksis Baes Avila – Sergey Torres Madriqal (Kuba) – 37.729 2. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 37.837 3. Vey Ji Li – Hui Donq (Çin) – 38.297 4. Endryu Russell – Qabriel Boşezn-Sevinyi (Kanada) – 38.773 5. Vitali Verxeles – Denis Kamerilov (Ukrayna) – 39.021 6. Gergeli Kovaç – Atilla Veq (Macarıstan) – 39.237 7. Conatan Tafra – Fabian Lopes (Çili) – 40.013 8. Vyaçeslav Stepanov – Comərt Satubaldin (Qazaxıstan) – 40.129 9. Boqomil İvanov – Georgi Velinov (Bolqarıstan) – 40.793 İlk 3 yerin sahibi əsas finala yüksəlib. | |
|
| |

