| AMAF » Məqalələr » Mətbautda |
Beynəlxalq Kanoe Federasiyasının prezidenti: “Azərbaycanda idmana göstərilən marağı digər
| "APA-SPORT”
agentliyinin məlumatına görə, jurnalistlərə açıqlamasında U.Feldhoff
səfərinin yeni yaradılan Azərbaycan Milli Avarçəkmə Federasiyasının
(AMAF) fəaliyyəti ilə yaxından tanışlıq xarakteri daşıdığını bildirib.
Almaniyalı qonaq AMAF-ın problemlərindən xəbərdar olmaq və ona dəstək
vermək niyyətində olduğunu vurğulayıb. U.Feldhoff, həmçinin Mingəçevir
şəhərində tikilən "Kür” Olimpiya İdman Mərkəzi və avarçəkmə bazasının
mövcud vəziyyəti ilə tanış olmaq istədiyini açıqlayıb. Azərbaycanda
idmana fantastik dərəcədə maraq göstərildiyini deyən İCF prezidenti ölkə
rəhbərliyi səviyyəsində diqqət və qayğıdan danışıb: "Mən bir çox
ölkələrdə olmuşam. Azərbaycanda idmana göstərilən marağı digər ölkələrdə
hiss etməmişəm. İnanıram ki, Azərbaycan bu sahədə böyük uğurlara imza
atacaq”. Azərbaycanda avarçəkmə növləri sahəsində diqqətçəkən inkişaf
tempinin olduğunu deyən U.Feldhoff ölkəmizdə gələcəkdə nüfuzlu
beynəlxalq yarışların təşkilini istisna etməyib. O, bildirib ki,
iqtisadi və coğrafi cəhətdən də əlverişli vəziyyətdə yerləşdiyi üçün,
ölkəniz böyük beynəlxalq yarışlar keçirməyə qadirdir. Lakin bunun üçün
hərtərəfli analiz aparılmalıdır. Qeyd edək ki, almaniyalı qonaq bu gün Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib. Ölkə prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimovla görüşən U.Feldhoff Bakıdakı Hərbi Dəniz Qüvvələri İdman Klubu nəzdində fəaliyyət göstərən avarçəkmə bazasında olub. Yeni yaradılan avarçəkmə hovuzu ilə tanışlıqdan sonra Mingəçevirə yollanıb. "Kür” Olimpiya İdman Mərkəzi ilə tanış olacaq qonaq beynəlxalq "Prezident kuboku” reqatasında baydarka və kanoeçilərin mübarizəsini də izləyəcək. Sabah isə U.Feldhoff ölkəmizi tərk edəcək. | |
| Baxılıb: 111 | Reyting: 0.0/0 |

