| AMAF » Məqalələr » Mətbautda |
Milli Avarçəkmə Federasiyası mövsümün yekunları ilə bağlı hesabat verib
| Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) 2006-2007 mövsümünün yekunlarına həsr olunmuş iclası keçirilib. "APA-SPORT” agentliyinin məlumatına görə, toplantıda AMAF prezidenti Elçin Zeynalov 2007-ci ilin əvvəlləri ilə müqayisədə hazırda müəyyən irəliləyişlərin olduğunu qeyd edib. E.Zeynalov bildirib ki, idmançıların sayı artıb, peşəkarlıq yüksəlib, ən əsası, federasiyanın fəaliyyət istiqamətləri müəyyənləşib. O, qeyd edib ki, sadalanan uğurlarla kifayətlənmək olmaz. Sentyabrın 14-15-də Mingəçevir şəhərində keçirilmiş akademik avarçəkmə, baydarka və kanoe üzrə Azərbaycan çempionatında idmançılarımızın çıxışlarına münasibət bildirən federasiya prezidenti baydarka üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İlham Qafarova Bakı şəhərinin təmsilçilərinin nəticələrini qənaətbəxş saymayıb. E.Zeynalov baş məşqçiyə işini gücləndirməyə dair tapşırıq verib. AMAF prezidenti maddi-texniki bazanın yüksəldilməsinə böyük önəm verdiklərini bildirərək, noyabrda Çindən 20 akademik qayığın gətiriləcəyini söyləyib. Yığıncaqda AMAF prezidentinin məsləhətçisi vəzifəsinə təyin olunan Valeri Andreyeviç Dosenko təqdim olunub. Məlumat üçün bildirək ki, 25 aprel 1965-ci ildə Ukraynanın Xerson şəhərində anadan olan V.Dosenko 1991-ci ildə Kiyev İdman İnstitutunu bitirib. İdmançı karyerası ərzində akademik avarçəkmə üzrə SSRİ çempionu (1985, 1986, 1987, 1989, 1990, 1991, 1992), dünya çempionu (1986, 1987, 1990, 1991) olub, 1988-ci il Seul və 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Barselona Olimpiadasından sonra idmançı karyerasını başa vurub. Bundan sonra "Burevestnik” uşaq avarçəkmə məktəbində məşqçi, "Ukrayna” İdman Təşkilatının Həmkarlar İttifaqları Assosiasiyasının su idman növləri bölməsinin icraçı direktoru vəzifələrində çalışıb. V.Dosenko yaxın vaxtlarda akademik avarçəkmə, baydarka və kanoe növlərində Mingəçevirdə təlim-məşq toplantısı keçirəcəkləri barədə məlumat verib. O, həmçinin bildirib ki, 10 ən güclü Azərbaycan hakimi üçün seminar keçirmək məqsədilə Beynəlxalq və Avropa Avarçəkmə Federasiyalarına müraciət olunacaq. | |
| Baxılıb: 115 | Reyting: 0.0/0 |

