| AMAF » Məqalələr » Seminarlar |
Azərbaycan Milli Avarçəkmə Federasiyası məşqçilər üçün seminar keçirir
| Mingəçevir şəhərindəki "Kür” Təlim-Tədris İdman Mərkəzində
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) nəzdində fəaliyyət
göstərən məşqçilər üçün seminara start verilib. Seminara akademik, kayak
və kanoe qayıqlarında avarçəkmə üzrə 15-dək məşqçi qatılıb. AMAF-ın baş katibi Sərdar Mirzəyevin rəhbərlik etdiyi tədbirdə son zamanlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) yarış qaydalarında etdiyi yeniliklər haqda məlumatlar veriləcək. Seminara dekabrın 12-də yekun vurulacaq. | |
| Baxılıb: 134 | Reyting: 0.0/0 |

